Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

ÇİN LİDERİ ORDU RƏHBƏRLİYİNİ TOPLADI, “SAVAŞA HAZIR OLUN” ƏMRİNİ VERDİ –Trampın Tayvanla bağlı qərarı Pekini ayağa qaldırdı

Cənubi Çin dənizindəki mübahisəli adalar, ABŞ-la ticarət savaşı və Tayvanın gələcək statusu ilə bağlı gərginliklərin artdığı bir ərəfədə Çin Xalq Respublikasının sədri Si Cinpin ordu rəhbərliyi ilə təcili toplantı keçirib.

 Yenixeber.org: Xarici mətbuat xəbər verir ki, Si Cinpin toplantıda ordu rəhbərliyinə artan risk və təhdidlərə qarşı hər an hazır olmağı tapşırıb: “Silahlı qüvvələr yeni dönəmin təhdidlərinə qarşı strateji baxımdan gücləndirilməli və hər an müharibəyə hazır olmalıdır. Bunun üçün gərəkən tədbirləri görməlisiniz”.

Si Cinpin bildirib ki, hazırda dünya heç vaxt görülməmiş böyük dəyişikliklərlə üz-üzədir: “Çinin inkişafı üçün hələ də önəmli bir fürsət var.  Silahlı qüvvələrin təcili vəziyyətlərə dərhal cavab verə bilməsi  və birgə əməliyyat bacarıqlarını yüksəltmələri üçün yeni sistemli döyüş qüvvələrini formalaşdırması çox vacibdir”.

Çin rəhbəri  Tayvanla birləşmək və Cənubi Çin dənizindəki  mübahisəli adaları qorumaq üçün lazım gələrsə, güc tətbiq edəcəklərini bir daha bəyan edib: “Silahlı qüvvələr hər an savaşa hazır olmalıdır”.

Xatırladaq ki, ABŞ prezidenti Tramp bir neçə gün əvvəl Tayvanın təhlükəsizliyinin təmini ilə bağlı “Asiya təşəbbüsü” qanunu imzalayıb.

Trampın məhz bu qanunun imzalamasından sonra Çin liderinin ordu rəhbərliyinə “Savaşa hazır olun” əmrini verməsi, iki nəhəng ölkə arasındakı qarşıdurmanı daha dramatik xarakter alacağını göstərir.(Strateq.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam