Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

DEMOKRATLARIN GƏLİŞİ, MERKEL, YUNKER VƏ MOGERİNİNİN GEDİŞİ…-Bu il ABŞ və Avropada yaşanacaq dəyişikliklərdən sonra Rusiyanı nələr gözləyir?

Rbc.ru, (Rusiya)

 

ABŞ Konqresi dünəndən etibarən yeni tərkibdə fəaliyyətə başlayıb. Ötən ilin sonlarında Konqresə keçirilən seçkilərinin nəticəsi olaraq Demokrat Partiyası Nümayəndələr Palatasında çoxluğa sahib olub. Yəni bundan belə 435 yerdən 236-sı demokratların payına düşəcək. Bu, demokratlara palatanın nüfuzlu komitələrində (kəşfiyyat və xarici işlər üzrə komitələr də daxil olmaqla) sədr postlarını tutmağa imkan verəcək.

Yenixeber.org: Demokrat Partiyasının Nümayəndələr Palatasında çoxluğu ələ keçirməsi həm də o deməkdir ki, demokratlar istintaq komissiyası yaratmaq və insanları ifadə vermək üçün dinləmələrə çağırmaq səlahiyyətinə sahib olacaqlar. Bu səlahiyyət sayəsində deputatlar ABŞ prezidenti Donald Trampı ən müxtəlif təhqiqatların mərkəzinə gətirə bilərlər. Tramp isə əvvəldən elan edib ki, istintaq komissiyalarının iclaslarına getməyəcək, heç bir ifadə də verməyəcək. Üstəlik, belə komissiyaların hamısının büdcəsini “qayçılayacaq”.

Siyasi təhlilçi Maksimilian Hess hesab edir ki, demokratlar kəşfiyyat komitəsi səviyyəsində Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə mümkün müdaxiləsi və rusların Trampın yaxın ətrafı ilə əlaqələrinə dair təhqiqatı yeniləyəcəklər. Bu təhqiqat ötən ilin mart ayından faktiki olaraq dayandırılmışdı.

ABŞ və Kanada İnstitutunun direktoru Valeri Qarbuzov bildirir ki, bu ilin fevralında xüsusi prokuror Robert Müller təhqiqatın nəticələrini ABŞ baş prokuroruna təqdim edəcək: “Konqresmenlər və Müllerin araşdırması prezidentin impiçmentinə gətirib çıxarmayacaq. Çünki respublikaçıların çoxluqda (100 yerdən 53-ü) olduğu Senat bu addımı dəstəkləməyəcək. Lakin bu, Trampın Rusiya istiqamətində əl-qolunu bağlayacaq və onu həmişə hesabat vermək məcburiyyətində qoyacaq”.

Qarbuzovun ehtimalına görə, 2019-cu ildə ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Yeni sanksiyalar Rusiya prezidentinin yaxınlarına və bir neçə nəhəng banka da şamil oluna bilər.

Bu il həm də, keçmiş “QRU” polkovniki Sergey Skripalın Solsberidə kimyəvi maddə ilə zəhərlənməsi faktı üzrə Rusiyaya qarşı sanksiyaların ikinci raundu işə salına bilər. ABŞ qanunvericiliyinə müvafiq olaraq, Rusiyaya qarşı 6 mümkün cəza tədbirindən ən azı üçü tətbiq olunacaq – beynəlxalq maliyyə yardımının bloklanması, ABŞ banklarına Rusiya banklarına kredit vermək qadağası, diplomatik əlaqələrin səviyyəsini endirmək, ABŞ-dan ixraca tam qadağa qoyulması, ABŞ-dan idxala qadağa, “Aeroflot” vasitəsi ilə ABŞ-a daşınmalara qadağa.ABŞ Dövlət Departamenti yeni təzyiq tədbirlərinin işə salınacağını elan etsə də, dəqiq vaxtı hələ açıqlamayıb.

İkitərəfli münasibətlər üçün daha bir gərginlik Ağ ev aparatının rəhbəri Con Kelli və müdafiə naziri Ceyms Mettisin istefasından sonra Tramp administrasiyasının davranışlarındakı müəmmadır.

Ceyms Mettis, Con Kelli

 

Ekspertlərin fikrincə, adıçəkilən şəxslər ABŞ prezidentini aqressiyasının qarşısını alırdılar. Məsələn, rəsmi Dəməşq 2017-ci ilin yazında kimyəvi silahdan istifadə edəndən sonra Mettis Trampı ABŞ-ın Suriyada iştirakını artırmaq fikrindən daşındırmışdı.

Digər tərəfdən Rusiyaya qarşı təzyiqlərin artırılmasına tərəfdar olan Mettisin gedişi Vaşinqtonla Moskva arasında əlaqələr baxımdan yeni təşəbbüslərə yol aça bilər.

2019-cu ildə Avropa İttifaqı nəzərəçarpacaq dəyişikliklərlə qarşılaşacaq. Mayda Avropa Parlamentinə seçkilər keçiriləcək. Ekspertlərin fikrincə, bu seçkilər sağ-radikal qüvvələrin nüfuz dairəsini gücləndirəcək. Dəyişikliklər Avropa İttifaqının icraedici orqanlarına da təsirsiz ötüşməyəcək. Payızda Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri başqası əvəzləyəcək. Eyni zamanda Avropa diplomatiyasının rəhbəri Federika Mogerini postunu tərk edəcək.

Avropa Parlamentində həlledici siyasi təsirə malik olan Fransa və Almaniya daxili problemlərlə üz-üzə qalacaq. Fransada “sarı jiletlilərin” kütləvi etirazları prezident Emmanuel Makronu konkret addımlar atmağa vadar edəcək. Almaniyada isə Angela Merkel Xristian-Demokrat İttifaqına rəhbərliyi Anneqret Kramp-Karrenbauerə ötürməklə siyasətdən getməyə (2021-ci ildə) hazırlaşır.

Ekspertlər bu gedişin fonunda Almaniya hökumətinin o qədər stabil görünmədiyini deyirlər. Və növbəti parlament seçkilərinin 2019 və ya 2020-də keçirilə biləcəyini qeyd edirlər. Bütün bunların fonunda isə Rusiya ilə Avropa İttifaqı arasında münasibətlər ən yaxşı halda, indiki səviyyədə qalacaq.

Yeni ildə Suriyadakı proseslərin hərbi fazadan siyasi müzakirə mərhələsinə keçidi davam edəcək. 2018-ci ildə Əsəd ordusu Rusiya və İranın dəstəyi ilə demək olar ki, bütün ölkə ərazisini nəzarət altına ala bildi. Bundan başqa, Dəməşqin ətrafını müxaliflərdən və terrorçulardan təmizlədilər.

Müxalifət hələlik İdlibin əsas hissəsinə, kürdlər isə ölkənin şimal rayonlarına nəzarət edirlər. Paralel olaraq Suriya Konstitusiya Komitəsi yaradılır. Komitə ölkənin yeni konstitusiyasını hazırlamalıdır. BMT-nin qətnaməsinə əsasən, yeni konstitusiyanın qəbulundan sonra 18 ay ərzində Suriyada prezident seçkiləri keçirilməlidir. Suriyada sülhə nail olmaq üçün alternativ konsepsiya (2015-ci ildə qəbul olunub-red:) hələ ki budur.

Bir il ərzində tərəflər 150 nəfərdən ibarət olacaq komitənin tərkibi ilə bağlı razılığa gələ bilməyiblər. Bununla belə, Rusiya, İran və Rusiya ümid edir ki, bu ilin əvvəllərində komitənin ilk iclası keçiriləcək.

Ekspertlərin proqnozuna görə, 2019-da beynəlxalq güclərin Suriyadakı rəqabəti artacaq. Rəqabətə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də qoşula bilər. Ölkədə artıq İranın təsiri artmaqdadır. Tehran Suriya iqtisadiyyatına kredit ayırmaqla öz iştirakını legitimləşdirir. Üstəlik, İslam İnqilabı Keşikçilərinə yaxın olanlar Suriyada əmlak almağa başlayıblar…(Tərcümə Strateq.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam