Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Rusiya Nikolu bağışlamır:Bakı üçün mühüm fürsət

 

Ermənistanı qarşıda olduqca çətin günlər gözləyir.

Yenixeber.org: Bu sözləri politoloq Elxan Ələsgərov deyib.

“Paşinyanı ta əvvəldən ciddi fiqur kimi qəbul etməyən Moskva indi də bu ənənəsinə sadiq qalır. İrəvan xarici siyasətdə yol verdiyi səhvləri asan düzəldə bilməyəcək. Yeganə müttəfiqi Rusiyanı itirməsi Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu, Nikolun ikili siyasətinin nəticəsidir”, - ekspert bildirib.

Politoloq qeyd edib ki, Ermənistana verilən qazın qiyməti ilə bağlı uzun müddətdir aparılan müzakirələrin nəticəsiz qalması iki məqamdan xəbər verir:

“Birincisi, Rusiya forpostuna maddi və mənəvi dəstəyini tamamilə azaldaraq, onu əvvəki kimi müdafiə etməyəcək. Bu isə Ermənistanın regionda təklənməsi deməkdir. İkincisi, Moskva Paşinyanı heç vaxt ciddi fiqur kimi qəbul etməyəcək. Beləliklə, Rusiya-Ermənistan münasibətlərində uçurum dərinləşəcək. Zənnimcə, Bakı bu prosesləri diqqətlə izləməli və yaranmış fürsəti mütləq dəyərləndirməlidir”.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam