Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ Bakıya peşəkar göndərir:Qarabağ mövqeyi... – Şərh

 

Örl Litzenbergerin Azərbaycana səfir təyin edilməsi ABŞ-ın Cənubi Qafqaza artan diqqətinin nəticəsidir.

Yenixeber.org: Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq hesab edir ki, yeni səfirin bir çox önəmli vəzifələrdə çalışması Azərbaycanla ABŞ arasında hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığın güclənməsində önəmli rol oynaya bilər:

“Dağlıq Qarabağ probleminin həllinə münasibətdə ABŞ-ın mövqeyi Rusiyanınkından hiss ediləcək dərəcədə fərqlənir. Bu fərqlilik pozitiv xarakter daşımaqla bərabər, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yaxındır. Rusiya 5 rayonun Azərbaycana geri qaytarılmasını və dərhal Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini təklif edir. ABŞ isə erməni işğalçı qoşunlarının 7 rayondan qeyd-şərtsiz çıxarılmasını, Dağlıq Qarabağın statusunun isə ən son mərhələdə müzakirə edilməsini təklif edir. ABŞ-ın bu pozitiv mövqeyi Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bütövlüyü daxilində həllinə xeyli yaxındır. Üstəlik, ABŞ NATO üzvü kimi alyans ölkələrinin sammitində problemin Azərbaycanın ərazi bütövlüyü daxilində həllinə dair bir neçə bəyanata imza atıb”.

Politoloq ABŞ-ın Cənubi Qafqazda Rusiyanın rolunu azaltmağa çalışacağını da istisna etməyib:

“Heç kimə sirr deyil ki, Cənubi Qafqazda ABŞ və Rusiyanın maraqları toqquşur. ABŞ isə son zamanlar bu regionda güclənməyə çalışır. Yeni səfirin də məhz bu istiqamətdə çalışacağına şübhə yoxdur”.

Qeyd edək ki, ABŞ Senatı Donald Trampın Azərbaycana səfir göndərmək istədiyi Örl Litzenbergerin namizədliyini təsdiq edib.

Xatırladaq ki, Litzenberger Marşal Fondunun baş elmi əməkdaşı, ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini, NATO-nun Əfqanıstandakı nümayəndəsinin müavini, ABŞ-ın Serbiya və Qırğızıstandakı səfirinin müavini olub, həmçinin Qazaxıstan, Bolqarıstan və Əlcəzairdə diplomatik xidmət göstərib. O, hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə Büroda baş müşavir vəzifəsini tutur. İ.Litsenberger fransız, rus, serb, xorvat və bolqar dillərini bilir.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam