Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Rus politoloq Qarabağ probleminin yaxın həllindən yazır:“İlham Əliyev Azərbaycanın tarixində çox gözəl bir səhifə yaza bilər” – Təhlil

Stanislav Tarasov

regnum.ru, 14.12.2018

 

Yenixeber.org: Rusiya XİN başçısı Sergey Lavrov Qara dəniz İqtisadi Əməkdaşlıq  Təşkilatının (QİƏT) xarici işlər nazirləri şurasının işinə qatıldığı Bakıya səfər edib. Azərbaycan prezidenti İlham Əliyev Lavrovu qəbul edib. Tərəflər birinci növbədə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, 2019-cu ilin birgə işlərini ifadə edib, getməkdə olan ildə görülən işləri incələyiblər.

Söhbətləşməyə nəsə var idi. İki ölkə arasındakı münasibətlər artıq sistemli şəkildə genişlənir, əməkdaşlığın, demək olar, bütün sahələrinə – siyasi, iqtisadi, hərbi-texniki və humanitar – toxunmaqla tutumlu xarakter alır. Bununla yanaşı, Rusiya və Azərbaycan liderləri Vladimir Putin və Əliyev arasında inamın gərəkli səviyyəsi qurulub ki, bu da var olan ziddiyyətləri ikitərəfli dialoq əsasında, düzdür, daha çox qapalı rejimdə həll etməyə imkan verir. Bu o haldır ki, Cənubi Qafqaz geopolitik burulğanlıq bölgəsinə aiddir, ABŞ-ın qonşu İrana qarşı sanksiya siyasətinin sərtləşdiyi şəraitdə isə durumun qarışmasına gerçək təhlükələr var. Və budur, dərhal paradoks: KTMT və Avrasiya iqtisadi birliyinin üzvü olan Ermənistan yaşanılan “inqilabi” sarsıntılar üzündən bölgəsəl təhlükəsizliyin sistemyaradıcı meydançası rolunda çıxış etməyi tərgidir (ya da özü imtina edir).

Bakı və Ankara deyil, Moskva və Bakının tərəfdaşlıq münasibətlərinin alyansın başlanğıcı və davamı olduğu Moskva-Bakı-Ankara üçbucağı obyektivsəsinə nişanlanıb. Eyni şey başqa bir üçbucağa da aiddir – Moskva-Bakı-Tehran. Bu böyük mənzərənin panoraması Moskva-Tehran-Ankara üçbucağı xatırladılmadan yarımçıq olardı – bu çərçivədə Suriya və qismən İraq böhranının tənzimlənməsi məsələləri çözülür. Yəni bu, bir faktdır ki, Moskva və Bakı qurulan transbölgə təhlükəsizlik və qarşılıqlı iqtisadi fəaliyyət sisteminin bir hissəsinə çevrilir, başqa bir hissəsi Yaxın Şərqə söykənir. Qaldı ki Cənubi Qafqaza, məhz Moskva və Bakı potensialca Gürcüstan və Ermənistanda bir çox hadisələrin gedişatını öncədən müəyyən etməyə qabildir. Axı, məsələn, bu gün məhz Azərbaycanda dayanıqlı dövlət idarəçiliyi sistemi biçimlənib.

Cənubi Qafqazdakı geopolitik durumda bu dəyişiklikləri birinci biz deyil, İrəvanda Nikol Paşinyanın hakimiyyətə gəlməyinin “bölgədə Gürcüstanda irəliləyiş planında ilişən demokratikləşmə prosesinə təkan verməyə”nəzərdə tutulduğunu hesab edən Qərb ekspertləri qeyd ediblər. Amma etiraf da edirlər ki, “Qərb Ermənistanın demokratik mayakını yandırmağa gecikib”.

Tiflis və İrəvan hələ də struktur dəyişiklikləri yolundadır, amma Avropa birliyinin daxili problemlərinin kəlləçarxa vurduğu bir durumda Gürcüstan və Ermənistan siyasi çaşqınlıq durumuna düşüb. Bunlara yeni yanaşma hazırlamaq üçün intellektual həmlə etmək, durumu incələmək gərəkdir – bunun üçün uyğun kadrlar və tarixi dönəm lazımdır. Bununla yanaşı, Tiflis və İrəvanın göstərilən demokratik dəyişiklikləri Cənubi Qafqazın “geopolitik sazişçiləri”nə gözlənilən yardımı etməkdən məhrum olan amerikalıların mövqeyinin zəiflədiyi Böyük Yaxın Şərqdəki ölkələrin hərəkət izinə sığışmır.

Bölgə münaqişələrilə bağlı daha bir önəmli məqamı göstərək. Üç respublikadan – Abxaziya, Cənubi Osetiya və Artsax Respublikası (Dağlıq Qarabağ) – yalnız Stepanakert (Xankəndi-red.) köhnəlmiş qeyri-müəyyənliyin həllini gözləməklə donub qalıb. Maraqlıdır ki, Əliyev Milli olimpiya komitəsindəki mərasimdə çıxış edərkən birdən bildirib ki, “bu gün Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün daha əlverişli durum yaranıb”. O, respublikanın beynəlxalq mövqeyinin bərkiməsinə işarə edərək Rusiya ilə strateji tərəfdaşlıq amilini qabardıb. Lavrov daha incə hərəkət edib. O, Azərbaycan prezidentiylə görüşdə salamlaşarkən sıradakını bildirib: “Biz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Bakı və İrəvan arasında birbaşa dialoqa yardım etmək istəyirik. Mən bilirəm ki, sizin Ermənistan baş naziri vəzifəsini icra edənlə, həmkarım və dostum Elmar Məmmədyarovun Ermənistan xarici işlər naziri vəszifəsini icra edən Zöhrab Mnatsakanyanla təmaslarınız olub. İstəyirik ki, bu tənzimləmə ədalətli və hər iki tərəfə məqbul əsasda baş tutsun. Rusiya öz milli keyfiyyətində və “üçlüyün” – Rusiya, ABŞ, Fransa – iştirakçısı, ATƏT Minsk qrupunun həmsədri kimi belə anlaşmaların əldə edilməsinə şərait yaratmaq üçün hər şeyi edəcək”.

Doğrudan da, getməkdə olan ildə Azərbaycan və Ermənistan XİN başçılarının üç görüşü baş tutub, onlar danışıqlar masası arxasında ümumilikdə 10 saata yaxın keçiriblər. Düzdür, söhbətin məhz nədən getdiyindən yalnız bilənlərin dar çevrəsi agahdır, amma aydındır ki, münaqişə edən tərəflər nəsə konkret bir şeyi müzakirə edirlər. Məmmədyarov və Mnatsakanyanın Milanda ATƏT-ə üzv ölkələrin XİN başçılarının sammitində zamanca son görüşündən sonra isə Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova qeyd edib: “Burada heç bir rəsmi bəyanat gərək deyil, çünki sözügedən sənədlərin qəbulundan və sözügedən təmaslardan sonra aydındır ki, dialoq var, aparılır”.

O, Minsk qrupu həmsədr ölkələrinin Milan bəyanatındakı çağırışı şərh edərək “Dağlıq Qarabağ münaqişəsi tərəflərini iki ölkənin əhalisini barışığa hazırlamaq üçün konkret tədbirlər görməyə” çağırıb.

Belə çıxır ki, münaqişənin tənzimlənməsi üçün, ehtimal edilən, hər halda müəyyən güzəştli əsaslarda qurulmuş sazişin hazır layihəsi danışıqlar masasının üzərində yatır. Əks halda “əhalini barışığa hazırlamaq” çağırışı məntiqsiz görünür. Qeyd etmək önəmlidir ki, Əliyev və Paşinyan arasında “ayaqüstü dialoq”da məhz Moskva vasitəçi kimi çıxış edib, MDB-nin Sankt-Peterburq sammitində bu dialoq davam etdirilib. İndi Rusiyaya mühüm metodoloji səhv buraxmaq olmaz. Və indi Artsax Respublikasının prezidenti, erməni məkanında ən təcrübəli siyasətçi kimi qalmış Bako Saakyanın (Söhbət Dağlıq Qarabağdakı qondarma qurumun qondarma başçısından gedir-red.) danışıqlar prosesinə daxil edilməsinə, Dağlıq Qarabağda (ola bilsin, Bakı ilə birgə) münaqişənin tənzimlənməsi üçün əldə edilmiş bütün anlaşmaları heçə çıxaracaq siyasi sabitsizliyə yol verməməyə şərait yaratmalıdır. Bu, bir çox mülahizələr, o cümlədən geopolitik “treklər”lə diktə olunur.

Məlum olduğu kimi, əvvəlki təxmini yanaşmalar heç bir nəticə verməyib. Yeri gəlmişkən, axı Paşinyan artıq bildirib ki, “Ermənistan ayrıdır, Qarabağ ayrıdır”. Ola bilsin, Bakının da bir qədər uzağa boylanıb imperiyasonrası fantom əhvaldan imtina etməklə İrəvanı “milli demokratiya” quruculuğu perspektivlərilə təkbətək buraxaraq belə formulu qəbul edər. Əliyev belə bir addım atarsa, Azərbaycanın tarixində çox gözəl bir tarix yazar. Belə bir qərar sovetsonrası məkanda ilk örnəksiz hadisə olardı, belə bir siyasi perspektivi Bakının, bir də Moskvanın da əsil yarqısı kimi dəyərləndirmək olardı.Tərcümə Strateq.az-ındır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam