Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

KEÇMİŞDƏ QOYDUQLARI İZLƏRƏ GÖRƏ TƏQİB OLUNAN İKİ LİDER –Tramp və Netanyahu istefaya məcbur ediləcəkmi, yaxud kim daha şanslıdır?

Yona Ceremi Bob

“Jerusalem Post”

 

Təxminən iki il davam edən istintaqdan sonra ABŞ prezidenti Donald Tramp və baş nazir Benyamin Netanyahu həlledici məqama yaxınlaşırlar.

Yenixeber.org: Erkən mərhələdə yalnız Netanyahu və Trampın ən yaxşı köməkçiləri narahatlıq içində idi. Lakin fevral ayında “4000, Bezeq-Walla”-nın peyda olması ilə Netanyahunun durumu dəyişməyə başlayıb!

Avqust ayında vəkili Maykl Koen şahid qismində dindirilməyə başlayıb və Trampın sabiq kampaniya rəhbəri Pol Manafort mühakimə olunub.

Son iki həftə ərzində hər iki liderlərin vəziyyəti daha da pisləşib.

İsrail polisinin “4000 saylı iş”lə əlaqədar Netanyahuya qarşı rüşvət alma ittihamı irəli sürməyi və baş prokuror Aviçay Mandelblitə baş nazir əleyhinə daha iki hal üzrə korrupsiya ittihamı üzrə cinayət işi açması ilə bağlı xəbərlər sızdırılıb.

Trampla əlaqədar son hadisə köhnə köməkçiləri Manafort, Koen, Rocer Stoun, sabiq milli təhlükəsizlik müşaviri Maykl Flinnin 2016-cı il seçkiləri əsnasında Rusiya ilə əlaqələrə dair xüsusi məsləhətçi Robert Möllerin ortaya çıxardığı faktlardır.

Möllerin ötən Cümə günü açıqladığı memorandum da Trampın maliyyə fırıldaqlarını ifşa edir.

Trampı dəstəkləyən şərhçilər də indi oğlunun, gənc Donald Trampın Rusiya ilə əlaqədar iddianamə ilə qarşı-qarşıya qalacağını bildirirlər.

Lakin hələ də Tramp-Rusiya razılaşmasına dair heç bir fakt açıqlanmayıb.

Möllerin iddiaları tədricən Trampa dair daha çox şeyi ortaya qoyur. FTB-nin sabiq direktoru Ceyms Kominin istefaya göndərilməsi və 2016-cı il ABŞ seçkilərinə Rusiyanın müdaxiləsini araşdıran Ədliyyə Nazirliyi əməkdaşlarına təzyiq göstərmə son nəticədə Trampın prezidentliyi üzərindən xətt çəkə bilər.

Prokuror Mandelblitin də baş nazir haqqında aprel ayında, Pasxa bayramı ərəfəsində cinayət işi açması gözlənilir.

Heç bir zəmanət yoxdur, amma bütün əlamətlər Möllerin rəsmi hesabatı ABŞ Konqresinə göndərəcəyini göstərir.

Ancaq Tramp hələ də, İsraillə ABŞ arasındakı mühüm hüquqi fərqlər səbəbiylə, Netanyahu ilə müqayisədə üstünlüklərə sahibdir.

ABŞ prezidentliyi konseptual olaraq səlahiyyətləri bir qədər azaldılmış padşahlıq ideyası üzərində qurulub. Buna görə də, prezident bir neçə müstəqil səlahiyyətlərə malikdir ki, İsrail baş nazirində bu səlahiyyətlər yoxdur, o cümlədən, əfv etmə. İsraildə əfv – müstəsna olaraq prezidentin səlahiyyətidir.

Əksər amerikalı hüquqşünasların fikrincə, ali icra hakimiyyəti başçısı vəzifəsində olarkən, prezident günahlandırıla bilməz. Bu, əfv etməyə qadir olan məmuru təqib edə bilməyəcəyiniz anlayışına əsaslanır.

Bununla bağlı müzakirələr aparan hüquqşünasların azlıqda olan qrupunun fikrincə, prezident ittiham olunmazdan qabaq, ilk növbədə, məsuliyyətə cəlb edilməlidir.

İmpiçment və vəzifədən kənarlaşdırma prosesini başa çatdırmaq üçün, respublikaçılar da daxil olmaqla, Konqresin hər iki palatasının razılığı tələb olunur və bunun üçün səbəblər xəyanət, rüşvətxorluq və ya digər ağır cinayətlər və hüquq pozmalar ola bilər.

Demokratlar Nümayəndələr Palatasını geri alıb, respublikaçılar hələ də Senatı əllərində saxlayırlar və Trampa qarşı az sayda adam çıxır.

Möllerin hesabatı Trampın yenidən seçilməsi şanslarını azaldır. Ancaq ruslarla əlaqələr onun 2021-ci ilin əvvəlindək hakimlərlə üz-üzə qalmasına şans saxlamır.

Netanyahunun, digər nazirlər kimi, iddianaməyə əsasən, istefa verməyə məcbur ediləcəyi və ya mühakimə olunması mövzusunda müzakirə var, amma Tramp iddiasından fərqli olaraq, mühakiməsinə maneə yoxdur.

Bununla yanaşı, keçmiş baş hakimlər Aharon Barak və Meir Şamqar bildiriblər ki, Ali Məhkəmə, digər nazirlərlə bağlı olduğu kimi, baş naziri istefa verməyə məcbur edə bilər.

Ali Məhkəmənin Mandelblit iddianaməsinə əsaslanaraq Netanyahunu zorla istefaya məcbur edəcəkmi, – bilinmir, amma ABŞ Ali Məhkəməsi heç bir oxşar müdaxilə səlahiyyətinə malik deyil.

Nəhayət, 4000 saylı iş, Trampın Rusiya ilə əlaqəsi ilə müqayisədə, Netanyahunu medianı ələ alma, rüşvətxorluq və mətbuat baronu Şaul Elovitç üçün 1 milyard şekel məbləğində sövdələşməni nəzərdə tutur.

İki lider fərqli durumdadır: Netanyahunun günləri bitmək üzrədir, Tramp ofisində hüquqi baxımdan təhlükəsiz olsa da, böyük siyasi zərbə alacaq və nəticədə vəzifəsindən ayrıldıqda, ittihamlarla üzləşə bilər.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam