Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Netanyahu MOSSAD-a XÜSUSİ TAPŞIRIQ verdi:Səudiyyə Ərəbistanı...

 

Netanyahu MOSSAD-a XÜSUSİ TAPŞIRIQ verdi: Səudiyyə Ərəbistanı...

İsrailin baş naziri Benyamin Netanyahu Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxşılaşdırmaq üçün MOSSAD-ın şefi Yossi Kohenə tapşırıqlar verib.

Yenixeber.org: Bu barədə “Hadashot” televiziya kanalı informasiya yayıb.

Gələn ilin noyabr ayında keçiriləcək baş nazir seçkilərindən öncə Körfəz ölkələri ilə yaxınlaşmaq istəyən Netanyahunun yaxın zamanda Bəhreynə səfər edəcəyi gözlənilir.

Xəbərdə adı açıqlanmayan ali səviyyəli hökumət nümayəndəsinin açıqlamasına da yer verilib. O, bildirib ki, Təl- Əviv bir çox ərəb ölkəsi ilə İrana qarşı görüşlər keçirəcək.

Qeyd edək ki, səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı açıqlama verən Benyamin Netanyahu cinayətin qorxunc olduğunu, lakin məsələdə Səudiyyə Ərəbistanının sabitlik və suverenliyini dəstəklədiklərini bildirmişdi.

Ümumilikdə, son dövrlərdə Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla, Körfəz ölkələrinin İsrail ilə yaxınlaşması diqqət çəkir. İlk olaraq İsrailin Gimnastika üzrə mili komandasının Qətərin paytaxtında 25 oktyabr-3 noyabr tarixlərində keçirilən Dünya Çempionatına qatılması gündəmə gəmişdi. İsrailin baş nazirinin 26 oktyabrda ölkəsi ilə diplomatik münasibətləri olmayan Omana səfəri gerçəkləşmişdi. BƏƏ hökuməti də Belnəlxalq Cüdo Federasiyası tərəfindən Əbu Dabidə təşkil edilən Cüdo Qrand Slam Turnirində israilli idmançıların öz bayraqları altında çıxış etməsinə icazə vermişdi. Nəqliyyat naziri Yisrael Katz 7 noyabrda təşkil edilən Beynəlxalq Nəqliyyat Konfransında İsrail, İordaniya və Körfəz ölkələrini bir-birinə bağlayan “Sülh Dəmiryolu Layihəsi”ni təqdim etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam