Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Putin ABŞ-ın ULTİMATUMUNA CAVAB VERDİ

 

Putin ABŞ-ın ULTİMATUMUNA CAVAB VERDİ

“Əgər ABŞ hesab edirsə ki, Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə nəzərdə tutulmayan silaha malik olmalıdır, həmçinin, Rusiya da bunu etməli olacaq”.

 Yenixeber.org: "RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin jurnalistlərə bildirib.

Prezident prinsip etibarilə o arqumentləri anlaşıqlı adlandırdı ki, yalnız ABŞ və Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədə nəzərdə tutulan silahı istehsal etmir.

“Bu, həqiqətdir. Bir çox başqa ölkələr belə silah istehsal edirlər, amma Rusiya və ABŞ-ın özü ikitərəfli qaydada bu hüququ məhdudlaşdırıb. İndi, görünür ki, bizim amerikalı partnyorlarımızın fikrincə, vəziyyət o qədər dəyişib ki, ABŞ belə silaha malik olmalıdır. Bizim tərəfimizdən hansı cavab olacaq? Cavab sadədir: biz də həmçinin bunu etməli olacağıq”, - Rusiya lideri yekunlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam