Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Rusiyalılar bu əraziləri qaytarmağa hazırdırmı?- SORĞU

 

Rusiyalılar bu əraziləri qaytarmağa hazırdırmı? - SORĞU

Rusiya və Yaponiya arasında Kuril adaları ətrafında mübahisələr sakitləşmir. Rusiyanın “Levada” tədqiqat mərkəzi ölkə vətəndaşlarının Yaponiyaya verilməsinə necə yanaşdıqlarını öyrənmək üçün sorğu keçirib.

Yenixeber.org: “Pravda” nəşrinə istinadən xəbər verir ki, tədqiqatın nəticələrinə görə, rəyi soruşulanların 17 faizi Kuril adalarının Yaponiyaya verilməsini dəstəkləyirlər.

Respondentlərin 9 faizi bu suala birmənalı cavab verə bilməyib, qalanları isə hesab edir ki, Kuril Rusiyanın tərkibində qalmalıdır.

Daha əvvəl yapon hökumətindəki mənbələrə istinadən “Asahi” nəşri bildirib ki, Yaponiyanın baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putinə Kuril adalarının cənub hissəsinin Tokioya qaytarılması halında, bu ərazidə ABŞ-ın hərbi bazalarının yerləşdirilməyəcəyinə dair söz verib.

Söhbət Xabomai və Şikotan adalarından gedir. 1956-cı ildə imzalanan SSRİ-Yaponiya birgə bəyannaməsində deyilirdi ki, Moskva sülh müqaviləsinin nəticəsindən sonra adaların Tokioya qaytarılması imkanına baxmağa razıdır.

2016-cı ilin sonunda Yaponiyanın Milli Təhlükəsizlik Şurasının baş katibi Syotaro Yati Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə konsultasiyalarda istisna etməyib ki, adaların Tokioya verilməsindən sonra orada ABŞ-ın bazası qurula bilər. Nəşr qeyd edir ki, bu bəyanat danışıqları əhəmiyyətli dərəcədə çətinləşdirdi. Bundan sonra Rusiya prezidenti ilə görüşlərdə Yaponiyanın baş naziri bir neçə dəfə bildirdi ki, Kurilin cənub adalarında Amerika bazaları olmayacaq.

Sentyabrın 12-də Putin Şərq iqtisadi forumunda Sindzo Abeyə sülh müqaviləsini bağlamağı təklif edib. Rusiya liderinin sözlərinə görə, müqavilənin mətnində ərazi mübahisələrinin nizama salınması üzrə Moskva və Tokionun cəhdlərini qeyd etmək olardı. Həmçinin, noyabrın 14-də Sindzo Abe Vladimir Putinlə görüşdə ümid etdiyini ifadə edib ki, iki ölkə ərazi məsələsini həll edəcək və sülh müqaviləsini imzalayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam