Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bu dəfə Putin oyuna girir...-Vəliəhdlə anlaşma

 

ABŞ prezidenti Donald Trampın Səudiyyə kralı əlbir olub neftin qiymətini kəskin aşağı salmasından sonra oyuna Rusiya prezidenti Vladimir Putin daxil olur. Argentinada bu gün işə başlayan G20 sammiti çərçivəsində Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi , müxalif jurnalist Camal Xaşoginin öldürülməsinə görə hədəfdə olan Məhəmməd bin Salmanla görüşündə hasilatın artırılması barədə razılıq əldə edəcək. Bu razılaşmanın dekabrın əvvəllərində Vyanada keçiriləcək OPEC+ toplantısında rəsmiləşdiriləcəyi gözlənilir.

Yenixeber.org: Bu xəbərlərdən sonra dünya bazarlarında bareli təxminən 58 dollara qədər ucuzlaşan “Brent” nefti yenidən bir qədər bahalaşıb, amma 60 dolları keçə bilməyib. Oktyabrın əvvəllərindən isə “Brent” markalı neft 30 faizə qədər ucuzlaşıb. Əgər hasilatın artırılması barədə Putin-Salman anlaşması rəsmiləşərsə analitiklər qiymətin yenidən 70 dollara qədər arta biləcəyini təxmin edir.

“Reuters” xəbər verir ki, Moskva Vyana toplantısı ərəfəsində OPEC ölkələri ilə hasilatın azaldılmasına dair yeni anlaşma barədə danışıqlar aparır. Əsas danışıqlar Səudiyyə Ərəbistanı il gedir, amma müddət və ixtisarın həcmi barədə məlumat yoxdur. Noyabrın 27-də isə Rusiyanın energetika naziri Aleksandr Novak neft şirkətlərinin bosslarını kabinetinə toplayıb və onlarla OPEC+ razılaşmasının gələcəyini müzakirə edib.

Bu razılaşma OPEC üzvü olan və olmayan neft ölkələrinin hasilatın həcmini gündə 1.5 milyon barrel azaltmasını nəzərdə tuturdu. Həmin razılaşma sayəsində bir vaxtlar 50 dollardan da aşağı enən neft yenidən bahalaşdı və bir neçə ay əvvələ qədər 80 dollardan da baha satılırdı. Anlaşmanın əldə edilməsində Putinin həlledici rolu vardı, çünki Rusiya prezidenti Səudiyyə Ərəbistanı kralını öz tərəfinə çəkməyə nail olmuşdu.

Neftin bahalaşması sayəsində Rusiya iqtisadiyyatı az da olsa dirçəldi, rublun dəyərdən düşməsi prosesi qismən dayandı. Amma indi Tramp Tvitter-də lovğalanır ki, o, ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanı ilə neft hasilatının artırılması üçün anlaşdı və nəticədə qiymətlər kəskin aşağı düşdü. Belə vəziyyət isə günü-gündən sərtləşən sanksiyaların təsiri altında olan Rusiya iqtisadiyyatı üçün heç də arzuolunan deyil. Və əlbətdə ki, Putini ciddi narahat etməlidir. Nəticədə Putin Xaşoginin öldürülməsinə görə hakimiyyəti laxlayan vəliəhdlə anlaşır və dekabrın 6-da Vyanada hasilatın azaldılmasına dair yeni razılaşmanın əldə olunmasına çalışır.

Amma Tramp da sürprizləri xoşlayır. Məsələn o, G20 sammitində Putinlə görüşünü praktiki olaraq təyyarəyə oturarkən ləğv edib. Bu baxımdan məlum deyil ki, OPEC+ razılaşmasının gələcəyi ilə bağlı kralın özünün qərarı necə olacaq.

Hələlik isə neft treyderləri gözləmə mövqeyindədir və Argentinadan gələcək xəbərləri gözləyirlər. Nəticədə neftin qiyməti 60 dollardan bir qədər aşağıda nisbi sabitləşib. Əgər Putin-Salman görüşünün nəticəsi olaraq hasilatın azaldılması qərarı rəsmən açıqlanarsa gözlənilir ki, qiymətin artma tendensiyası başlayacaq.(virtualaz)

F.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam