Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bin Ladenə görə bütün dünyanı aldatdılar- İllər sonra HƏR ŞEY ÜZƏ ÇIXDI

 

Bin Ladenə görə bütün dünyanı aldatdılar - İllər sonra HƏR ŞEY ÜZƏ ÇIXDI

Pakistan rəsmi olaraq ilk dəfə “Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Ladenin tapılmasında rolunu qəbul edərək, ABŞ prezidenti Donald Trampın iddialarını təkzib edib.

Yenixeber.org: Açıqlamaya görə, “Əl-Qaidə” liderinin tapılması üçün ilk dəlil ABŞ-a Pakistan kəşfiyyatı tərəfindən verilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən gün Üsamə bin Ladenin tapılmasında Pakistanın heç kömək etmədiyini, bu ölkəyə edilən milyonlarla dollarlıq yardımların boşa getdiyini bildirmişdi. Tramp yanvar ayında isə Pakistanın bəzi terror təşkilatları üçün təhlükəsiz bir bölgəyə çevrildiyini və bu təşkilatların Əfqanıstanda hücumlarda iştirak etdiyini söyləmişdi.

ABŞ bu il Pakistana 255 milyon dollarlıq hərbi yardımın verilməsini dayandırıb.

Qeyd edək ki, Üsamə bin Laden bir çox ölkədə qadağan edilmiş “Əl-Qaidə” beynəlxalq terror təşkilatının banisidir. O, 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda terror aktlarının təşkilatçısı hesab edilir. Bin Laden 2 may 2011-ci il gecəsi Amerika hərbçiləri tərəfindən Pakistanın Abbottabad şəhərində məhv edilib.

Ömər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam