Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

SURİYADAN ÜZ ÇEVİRMİŞ “QARDAŞLAR” ONU YENİDƏN “AİLƏ”YƏ QAYTARIR –İran və Türkiyəni bölgədə zəiflətmək üçün Şama uzadılan əl - TƏHLİL

Kamal Aləm

“Middle East Eye”

 

Ötən həftə Birləşmiş Ərəb Əmirlikləri Şamda səfirliyinin yenidən açılması və Suriya ilə əlaqələrin tam bərpası üzrə danışıqlar aparıldığını elan edib.

Yenixeber.org: İordaniya-Suriya sərhədindəki Nəsib sərhəd keçidinin açılmasından sonra müharibədən sonra ilk dəfə Suriyanı Türkiyə və İordaniyaya birləşdirəm yol da yenidən işə düşüb.

Eyni zamanda, israillilər dörd il qapalı qaldıqdan sonra işğal olunmuş Colan Təpələrində Quneytra sərhəd qapısını rəsmi Şama təslim ediblər.

Dəməşqə gedən bütün yolların açılması ilə Suriya prezidenti Bəşər Əsədlə işgüzar əlaqələr yaratmaq üçün regionun ən güclü ərəb aktyorları sakit, lakin strateji keçidləri həyata keçirir.

Misal üçün, “əl-Məsdər”in xəbərinə görə, Səudiyyə Ərəbistanı BƏƏ vasitəsilə Suriya ilə siyasi barışıq kanalları axtarır.

 

Kinayəli dəyişiklik

Hazırda Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Bəhreyn və Küveyt birbaşa Suriyanı gücləndirmək və bölgədə İran və Türkiyənin nəzarətini azaltmaq niyyətindədir.

Son bir neçə həftədə gündəmi səudiyyəli jurnalist Camal Xaşuqci və şahzadə Məhəmməd Bin Salmanın adları zəbt etdiyindən Şam sakitcə əsas ərəb dövlətləri ilə itmiş münasibətləri bərpa edir.

BƏƏ, Bəhreyn və Misir rəsmilərinin son bəyanatları onların Suriyanı “ərəb məsələsi” kimi Türkiyə və İrandan uzaqlaşdırmağa yönəlib. Niyyət belədir: yalnız Şamın iştirakı ilə Tehran və Ankaranın təsiri balanslaşdırıla bilər.

Həm də Əsəd və Suriyanı təcrid edən yeddi illik siyasət Ərəb Dünyasına kömək etməyib.

 

Əsədin “ailə”yə qaytarılması

Sentyabr ayında BMT Baş Assambleyasında Suriya və Bəhreyn xarici işlər nazirləri arasında son dərəcə səmimi görüş KİV-lərdə mübahisələr doğurub. Bunun ardınca Bəhreynin xarici işlər naziri suriyalı vəzifədaşını “qardaş” adlandırıb və ərəb ölkələrinin Suriya ilə işləməyə hazır olduğunu bildirib.

Bir neçə ay öncə BƏƏ-nin xarici işlər naziri Ənvar Qarqaş müsahibəsində Suriyanın Ərəb Birliyindən çıxarmanın səhv və Ərəb Dünyasının dərhal Şamla işləməyə başlamalı olduğunu söyləyib. Bu ayın əvvəlində Əsəd, münaqişə başladıqdan sonra ilk dəfə “Xəlic”ə müsahibə verib. Küveytin “əl-Şahid” qəzetinə verdiyi müsahibədə isə Suriyanın Körfəz və Ərəb Dünyası ölkələri ilə yeni münasibətlər əldə etdiyini bildirib.

 

Geosiyasi və ya ideoloji?

Səudiyyə Ərəbistanı və BƏƏ-nin Qətəri blokadaya alması İranla və Rusiya hesabına nüfuzundan faydalanmaq istəyən Türkiyəni yenidən bölgədə gücləndirib. Səudiyyə Ərəbistanı türk ordusunun Qətərdən çıxarılmasını istəyir. BƏƏ-Misir oxu Liviya və Qəzzədə Türkiyə-Qətər oxuna qarşı çıxır. Əmirliklər, Küveyt və Bəhreyn açıq şəkildə suriyalıları “ərəb qardaşlar” adlandırır, əcəmlərin (türklər və iranlılar) ərəb işlərinə müdaxiləsinə ehtiyac duymadıqlarını deyir.

Bu, Şamı yeni müttəfiqlərin zühurunu gözləməyə məcbur edib.

Eyni zamanda, son Qətər-Rusiya enerji razılaşması BƏƏ və Səudiyyə iqtisadi maraqları üçün təhlükə kimi qiymətləndirilir. Misir və Əlcəzair həmişə Əsədi dəstəkləyib və son dövrdə Şama hərbi və iqtisadi dəstək veriblər. Səudilərin və BƏƏ-nin Əsədin əhatə etmə geosiyasəti İran, Türkiyə və Qətəri sıxışdırmaq üçün ideoloji məqsədlərlə uzlaşır.

Vəziyyət 2005-ci ildə Livanda Rafiq Həririyə sui-qəsddən sonra Səudiyyə Ərəbistanının keçmiş kralı Abdullah və Əsəd arasında əvvəlki yaxınlaşmalardan fərqlənmir. Əvvəllər Səudiyyə Ərəbistanı artıq İran və Türkiyənin təsirinə qarşı mübarizə aparmaq üçün Şamla düşmənçilikdən vaz keçir.

Bu ilin əvvəlinə qədər Əsədlə döyüşən üsyançılara mühüm dəstək verən, gizli əməliyyat otağı olan İordaniya da Suriyaya yenidən qapı açır. Əsədin və Şamın “ərəb ailəsi”nə dönməsinə hazırlıq gedir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam