Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Paşinyan çətin durumda:“II Qareginə yaxınlaşmağa məcbur oldu”

 

Paşinyanın kilsə qorxusu: “II Qareginə yaxınlaşmağa məcbur oldu”
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Niko Paşinyan bütün ermənilərin katolikosu II Qareginlə münasibətləri yaxşılaşdırmağa məcbur olub. Çünki başqa çıxış yolu qalmayıb.
 Yenixeber.org: Bu barədə “Jamanak” qəzeti mənbələrinə istinadən yazıb. Bildirilir ki, Paşinyan II Qaregin və onun rəhbərlik etdiyi Eçmiədzin kilsəsi ətrafında yaranan problemli vəziyyəti həll etmək üçün Kilikiya böyük kilsəsinin katolikosu I Arama bütün ermənilərin katolikosu olmağı təklif edib.

“Lakin I Aram bu təklifdən imtina edərək Paşinyana bildirib ki, kilsə ilə münasibətlər bu üsulla tənzimlənmir. I Aram təklifi qəti rədd etdikdən sonra Paşinyan II Qareginlə münasibətlərini yaxşılaşdırmağa məcbur oldu” – qəzet yazıb.

Qeyd olunur ki, Ermənistanda din amili böyük əhəmiyyət kəsb etdiyindən hakimiyyətə gələnlər mütləq kilsənin də dəstəyinə də nail olmağa çalışırlar: “Lakin əhalinin etirazları fonunda Paşinyan əvvəlki hökumətin adamı olan II Qaregini vəzifədən uzaqlaşdırmağa çox cəhd etsə də, səriştəsizliyi üzündən bütün səyləri nəticəsiz qalıb. Paşinyanın qorxusu odur ki, hələ də kilsə üzərində nəzarəti ələ keçirməyib və bundan istifadə edən Respublikaçılar hər an ona zərbə vura bilərlər. II Qareginlə Paşinyan arasında patriarxın könüllü olaraq vəzifəsini tərk etməsi barədə razılıq əldə olunduğuna dair xəbərlərin yayılmasına rəğmən, onun hələ də bütün ermənilərin katolikosu olaraq qalmasının səbəbi də elə Respublikaçıların müqavimətidir.”

Qeyd edək ki, Ermənistan parlamentinin bu günlərdə keçirilən iclasında Respublikaçıların II Qareginin mühafizəsi haqqında təqdim etdiyi qanun layihəsi qəbul olunmayıb və deputatlar arasında ciddi mübahisə yaradıb.

Xatırladaq ki, erməni apostol kilsəsinin bir sıra keşişlərinin təşəbbüsilə başlayan “Yeni Ermənistan, yeni katolikos” hərəkatının üzvləri artıq bir neçə aydır ki, Eçmiədzin kilsəsinin rəhbəri, bütün ermənilərin katolikosu II Qareginin xalqın qarşısına çıxıb, indiyədək törətdiyi əməllərə görə cavab verməsini və istefasını tələb edirlər.

Eçmiədzin kilsəsində çalışan keşişlər II Qareginin dini qurumlarda korrupsiyaya şərait yaratdığını, rahiblərin aylarla maaş almadıqlarını, etiraz səslərini qaldırdıqda isə hədələndiklərini bəyan ediblər. Artıq əhali də keşişlərə qoşularaq katolikosu “məxməri inqilaba”dək Ermənistan rəhbərliyindəki cinayətkar rejimə satılmaqda ittiham edirlər.

Koçaryan-Sarkisyan cinayətkar cütlüyünə xidmət edən II Qaregin Ermənistanın işğalçılıq siyasətinin əsas ideoloqlarından biri və türk xalqlarının qatı düşmənidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam