Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Əhalinin kreditləri silindi:Seçkidə kim udacaq?

Gürcüstanda bank sektoru rəqabətli mühitdə fəaliyyət göstərir, Avropa və ABŞ banklarının bazara birbaşa çıxışları var, yerli banklar onlarla rəqabət aparır, nəticədə bank xidmətlərinin keyfiyyəti yüksəlib, fazi dərəcələri isə çox aşağıdır.

Yenixeber.org: Bu sözləri iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, Gürcüstanda artıq 15 ilə yaxındır ki, vətəndaşlar üşün “kredit tarixçəsi” anlayışı var:

“Yəni, kredit tarixçəsinə görə banklar müştərilərlə müqavilələr bağlayır, tarixçəsi uğurlu, yaxşı olanlara banklar ciddi güzəştlər tədbiq edir ki, bu da yaxşı və ödənişqabiliyyətli müştəri olmağı stimullaşdırır. Son 15 ildə Gürcüstanda kredit tarixçəsi korlanan, bankların ümumiləşdirilmiş qara siyahısına düşən 600 min vətəndaş var ki, onlar banklardan kredit ala bilmir. Bu da iqtisadi münasibətlərin zəifləməsinə, iqtisadiyyatın çarxlarının yavaşlamasına səbəb olur. Gürcüstan hökuməti qara siyahıya düşən 600 min vətəndaşın banklara olan borcunu silmək, onları iqtisadiyyata qazandırmaq üçün təşəbbüslə çıxış edib – yeni ilə qədər bütün Gürcüstan vətəndaşları bankların qara siyahısından çıxarılacaq. Bunun üçün 1,5 mlrd. lari, yəni, 562 mln. dollar vəsait bankarın hesabına köçürüləcək ki, onlar da vətəndaşların borcunu siləcək. Beləliklə, həm vətəndaşlar yükdən azad olub, yenidən kreditlərə çıxış imkanı qazanacaq, həm də banklar əlavə olaraq dövriyyəyə 1,5 mlrd. lari buraxmağa, bununla da iqtisadiyyatda növbəti canlanma dalğası yaratmağa nail olacaq. Yəni, pulu vətəndaşlar deyil, banklar alacaq”.

İqtisadçı vurğulayıb ki, Gürcüstan hökuməti bununla bağlı büdcədən pul xərcləməyəcək:

“Gürcüstanın “boz kardinalı” İvanaşvilinin “Kartu” Fondu bütün vəsaitin ödənilməsini öz üzərinə götürüb. Həmin fond bu günə qədər Gürcüstanda təhsil, səhiyyə, sosial layihələrə pul ayırırdı, ilk dəfədir ki, bank kreditləri ilə bağlı qərar verilib. İvanaşvilinin prezident seçkilərindən öncə belə bir addım atması, təbii ki, seçkilərə hesablanıb, çünki 2-ci turda İvanaşvilnin dəstəklədiyi namizəd uduzma təhlükəsi ilə üzləşib. Mən gürcüləri az-çox tanıyıramsa, bu addım əks-effekt verəcək, 2-ci turda müxalifətin dəstəklədiyi namizəd qalib gələcək”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam