Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

İrəvan panikada:Bakı bundan istifadə edəcək

 

Belarusun bəyanatları qəbuledilməzdir, amma Ermənistan tərəfindən də əvvəldən səhvlər olub.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Respublikaçılar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib.

“Yuri Xaçaturov bütün üzvlər tərəfindən baş katib təyin edilib. Məsələ onun həbsinə çatanda bütün tərəfdaş ölkələrin rəhbərləri məlumatlandırılmalı idi. Hər bir halda situasiya Ermənistanın xeyrinə deyil”, – deyə o bildirib.

O, Belarusun bundan öncə də Ermənistana qarşı neqativ münasibətinin olduğunu, amma bunun ictimai şəkildə elan edilmədiyini söyləyib. Baqdasaryan həmçinin 6 dekabrda baş tutacaq KTMT iclasının “dost xarakterli” olmayacağını vurğulayıb.

Daşnaksütyun fraksiyasının rəhbəri Armen Rüstəmyan isə KTMT ilə bağlı situasiyanın təəssüf doğurduğunu bildirib. Paşinyan hökumətiylə rəqib olmağına rəğmən, daşnakların nümayəndəsi Belarus və Qazaxıstanın bəyanatlarını doğru qəbul etməyib. Rüstəmyan KTMT-də yaranan problemlərdən ilk növbədə Azərbaycanın istifadə edəcəyini bildirib.

Qeyd edək ki, KTMT-nin 8 noyabrda Astanada keçirilən görüşündə Ermənistan barəsində cinayət işi qaldırdığı baş katib Xaçaturovun əvəzinə başqa namizəd irəli sürməyə təşəbbüs göstərmişdi. Lakin Ermənistanın baş nazir əvəzi Paşinyanın bu təşəbbüsü Qazaxıstan Prezidenti Nazarbayev və Belarus Prezidenti Lukaşenko tərəfindən əngəllənmişdi. Belarus rus əlifbası ilə növbənin ona çatdığı səbəbindən artıq namizədini də irəli sürüb.

Yekun qərar 6 dekabrda KTMT-nin Sankt-Peterburqda keçiriləcək toplantısında veriləcək.

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?