Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Türk səfirdən təcili bəyanat:“Türkiyə Ermənistandan gələn avtomobillər üçün sərhədləri açmayıb”

 

Dünən Türkiyənin aparıcı xəbər portallarından biri olan “Habertürk” əsassız erməni iddiaları ilə mübarizə dərnəyi ASİMDER-in başqanı Göksel Gülbeyə istinadla sensasion xəbər yayaraq bildirib ki, Türkiyə Ermənistandan gələn TIR yük maşınları üçün sərhədlərini açıb. Onun sözlərinə görə, Ankara illik 400 yük maşınına Trabzon limanından yük daşınmasına icazə verib. Bu cür icazə Türkiyənin Gürcüstandakı səfirliyi tərəfindən verilibmiş.

Yenixeber.org: Bəyanatın ciddiliyini nəzərə alaraq, Türkiyə KİV-ləri xəbəri dərc edib. Yazının dərc edilməsindən dərhal sonra redaksiyamıza Türkiyə səfirliyinin mətbuat katibi Hamit Karadeniz zəng edib və səfir Erkan Özoralın təkzibini çatdırıb. H.Karadenizin sözlərinə görə, yaxın saatlarda bu məlumat “Habertürk” portalından da xaric ediləcək.

Türkiyə səfirinin bəyanatını diqqətinizə çartdırırıq:

“Bir sıra KİV-lərin Türkiyənin sərhədlərini Ermənistandan gələn yük maşınları üçün açması barədə dərc etdiyi xəbər həqiqəti əks etdirmir. Ermənistan vətəndaşları üçün Türkiyənin Gürcüstandakı səfirliyində işçi vizalarının verilməsi və sonradan onların iri tonnajlı avtomobillərinin Trabzon limanına istiqamət almasından söhbət gedə bilməz”.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?