Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Bir görüşlə düşməni necə sındrmaq olar? – İlham Əliyevdən diplomatiya dərsi (TƏHLİL)

    

Bir görüşlə düşməni necə sındrmaq olar? – İlham Əliyevdən diplomatiya dərsi (TƏHLİL)
Bu həftə prezident İlham Əliyevin Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviçi qəbul etməsi olduqca maraqlı, vaxtında və yaxşı düşünülmüş bir diplomatik gediş idi. Çünki Belorus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycanın səfiri Lətif Qəndilovla söhbətindən sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) çərçivəsində ölkəmizin də adının hallandığı diplomatik qalmaqal yaşanır.
Yenixeber.org: Qalmaqal ondan başladı ki, prezident Lukaşenko səfir Qəndilovla söhbətində Ermənistanın həm KTMT-yə, həm də Avrasiya İqtisadi Birliyinə rəhbərlik etməsindən narahatlığını bildirdi. Onun sözlərinə görə, bu iki quruma rəhbərlik etmək hazırda keçid dövründə olan Ermənistan üçün ağır yükdür və buradan sual doğur: “Ermənistan bacaracaqmı?” Daha sonra isə əlavə etdi ki, KTMT-nin rəhbərliyinə üç namizəd təklif edə bilər.

Onun mövqeyini KTMT-nin digər nüfuzlu üzvü olan Qazaxıstanın prezidenti Nursultan Nazarbayev də dəstəklədi. Amma Lukaşenkonun bu məsələni məhz Azərbaycanın səfiri ilə müzakirə etməsi Yerevanda ciddi etiraza səbəb oldu. Ermənistanın baş naziri əvəzi Nikol Paşinyan KTMT-yə aid məsələlərin niyə azərbaycanlı diplomatla müzakirə olunmasına etiraz edərək, bildirib ki, “Təsəvvür edin, mən dövlət başçılarının qapalı formatda keçirilən danışıqlarında müzakirə edilən mövzunu qurumun üzvü olmayan dövlətin səfirinə danışıram. Axı bu, hərbi-siyasi bloka üzv olan dövlət başçılarının qapalı görüşüdür”. 

Amma əlbəttə ki, 30 ildən çox dövlətçilik təcrübəsi olan Aleksandr Lukaşenko hansı fikri harada, niyə və nə səbəbə demək lazım olduğunu əla bilir. Ermənistanın bacarıqsızlığı və səriştəsizliyi haqda fikirlərin məhz Azərbaycanın səfirilə görüşdə səslənməsi isə nəinki təsadüfi deyil, hətta əvvəlcədən yaxşı düşünülmüş addım idi. Bununla Ermənistana açıq-aydın mesaj verilir ki, yeri gələndə, KTMT-yə üzv olmayan Azərbaycan bu qurumun digər üzvlərinə daha yaxın müttəfiqdir, nəinki Ermənistan. O dərəcədə ki, Ermənistanın üzündən yaranan problemlərlə bağlı hətta Azərbaycanla dostcasına dərdləşmək də olar. 

Bu həftə Paşinyan məsələ ilə bağlı Rusiyanın prezidenti Vladimir Putinlə telefonla danışıb. Rusiya hələlik sükutunu qorusa da, aydındır ki, Belorus və Qazaxıstanın bu demarşları əsla özfəaliyyət deyil. Bu yolla Ermənistanın yeni hökuməti KTMT-nin keçmiş baş katibi Yuri Xaçatoruva cinayət işi açdığına görə cəzalandırılır. Axı Paşinyan ən azından KTMT-nin nüfuzuna kölgə salmamaq üçün daxili siyasət məsələlərini evin içində həll edə, çölə çıxartmaya bilərdi. Ən pis halda onun fəaliyyət müddətinin bitməsini gözləmək olardı. Və indi Paşinyan Lukaşenkodan hesab soracağını desə də, hazırda bu yollarla hesab ödətdirilən adam əslində onun özüdür. 

İndi Erməni mediası məsələni belə təqdim etməyə cəhd göstərir ki, KTMT-nin üzvünü alçaltmağa çalışanlar əslində bütövlükdə hərbi-siyasi bloku Qərbin qarşısında alçaldırlar. Halbuki, KTMT-nin baş katibini sırf daxili siyasi məsələyə - mitinqi dağırtdığına görə həbs edənlər Rusiyanın ətrafında yaradılmış hərbi-siyasi bloku Qərbin qarşısında yerin dibinə soxmuşdular. Güman ki, blokun dekabrın 6-da Sankt-Peterburqda keçirilən toplantısında məsələ Ermənistana daha yaxşı başa salınacaq. Amma KTMT-nin gündəliyinin bu cür məsələlərlə dolmasının özü də əsla bloka başucalığı gətirmir və bu, yenə də Ermənistanın “xidmətidir”. 

Belə bir gərgin vəziyyətdə prezident İlham Əliyevin Belarus səfiri Gennadi Axramoviçlə görüşü və orada böyük diplomatik ustalıqla verdiyi Ermənistana çox incə, eyni zamanda güclü bir zərbə oldu. Əvvəla, yaxın günlərdə cənab Əliyevin Belarusa rəsmi səfəri baş tutacaq. Bu, artıq beşinci rəsmi səfərdir və prezident səfirlə görüşündə xüsusi olaraq vurğuladı ki, keçirilən görüşlər zamanı Belarusdan hərbi texnikanın alınması da müzakirə olunacaq. Dövlət başçısı Belorusdan alınan silahların keyfiyyətindən çox razı qaldığımızı, hərbi-texniki əməkdaşlığı davam etdirəcəyimizi də bildirdi. 

- Siz bilirsiniz ki, bu, Ermənistanda, belə deyim, psixoz tutmalara səbəb olur, - deyə prezident səfirlə söhbətində bildirdi,- Bu da son dərəcə təəccüblüdür. Çünki Azərbaycan təkcə Belarusdan silah almır. Azərbaycana hərbi texnikanın ən iri tədarükçüsü Rusiyadır. Həmçinin biz Türkiyədən, İsraildən, Pakistandan, Avropaölkələrindən böyük həcmdə silah-sursat və texnika alırıq. Buna görə də təəccüblüdür ki, iradlar müstəsna olaraq Belarusa göstərilir. Mən hesab edirəm ki, bu, Ermənıstanda Belarusa qarşı acizlik kompleksinin təzahürüdür. 

Bu sözləri deməklə İlham Əliyev Ermənistana eyni zamanda üç zərbə endirdi. Əvvəla, göstərdi ki, Belarusla eyni vaxtda müstəqil olsa da, bu gün onları müqayisə etmək belə mümkün deyil. İkincisi, KTMT-nin digər üzvü Rusiya da Azərbaycana silah satır, amma Yerevan ona heç nə deyə bilmir. Çünki buna hünəri çatmaz; ona görə ki, müstəqil deyil və demək, KTMT-nin də bərabərhüquqlu üzvü sayıla bilməz; məhz buna görə də heç həmin blokun daxilində Ermənistana saya salan yoxdur. Xüsusilə də "acizlik kompleksi" yerində işlədilmiş çox güclü ifadə idi. 

İlham Əliyev onu da göstərdi ki, Ermənistanın Xarici İşlər Nazirliyinin Belorus prezidentinin sözlərini “yanlış” adlandırması diplomatik etikanın pozulması idi. Buradaəvvəla, Azərbaycan özü üzv olmadığı halda, KTMT-nin bir üzvünü digərindən qoruyur, faktik olaraq, qurumun daxili probleminin həllində ağsaqqllıq edirdi.İkincisi, Prezident Yerevanın ünvanına çox incə bir eyham işlətdi: “Görünür, bu, onların dünyanı və dünya xəritəsində öz yerlərini qeyri-adekvat dərk etmələrinin nəticəsidir” . Diplomatik dildən tərcümədə bu, o deməkdir ki, Ermənistan reallıqda nə olduğunu yaddan çıxartmasın, özünü xəritədəki başqa dövlətlərin tayı hesab etməsin və onlar kimi davranmağa da çalışmasın. Bu, Ermənistan dövlətinə ağır təhqirdir, amma o qədər icə diplomatik dildə ifadə olunub ki, son dərəcə mədəni səslənir. 

İlham Əliyevin Xaçaturov məsələsinə necə münasibət bildirməsi də diplomatiya dərsliklərinə salınmağa layiq bir örnəkdir. Prezident göstərdi ki, Yerevanın Xaçatoruv kimi bir adamın KTMT-yə baş katib göndərməsi də səhv və hörmətsizlik idi, göndərmişdisə, ona qarşı cinayət işi açması da. Buradan isə belə nəticə çıxır ki, KTMT-nin ən böyük problemi elə Ermənistandır. Üstəlik, bu ifadədə Rusiyaya da bir mesaj var idi ki, əvvəlki Sarkisyan da sizə problem yaradırdı, indiki Paşinyan da...

Amma hətta görüş zamanı danışılanları bir qırağa qoysaq belə, qəbulun özü də böyük bir diplomatik zərbə idi. Çünki Belarus prezidentinin Azərbaycanlı səfirlə görüşündən sonra Yerevan hay-küy salmışdı ki, niyə KTMT-nin problemi quruma üzv olmayan dövlətlə müzakirə edilir? Cavabında bu dəfə Azərbaycan prezidentinin Belorus səfirilə görüşü keçirildi və KTMT-nin problemi daha artıq, daha dərindən müzakirə olundu, hətta o problemin adı da çəkildi: Ermənistan! Bu, Yerevana hətta yerini göstərmək də deyildi, çünki göstərilirsə, deməli yer var. Bu, ermənilərə açıq-aşkar dərs idi ki, KTMT-yə üzv olsa da, əslində orada yeri yoxdur və hətta üzvü olmadığı halda belə, həmin qurumda Azərbaycanın nüfuzu və hörməti Ermənistandan qat-qat artıqdır. 
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?