Redaktor seçimi
Qoşqar Təhməzlinin də biznesi varmış-
SİYASİ TERRORİZM: İNSANLIĞA QARŞI CİNAYƏTİN PƏRDƏARXASI -
Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu-
Karolina Valiant da yoxlanılır?-
CAVİD QURBANOV LATVİYADAN 5 QATAR ALDI, BİRİ YOLDA “YOXA ÇIXDI”! –
Qubanın icra başçısının Avropadakı biznesi ifşa olundu-
İlham Rəhimov “ Geopolitik oyunlar” burulğanında-
Məhkəmə qərarı belə icra olunur-
Günün xəbəri

Rusiyaya qarşı YENİ MÜHARİBƏ MEYDANI: Lavrov Qərbin planlarını açdı

Rusiyaya qarşı YENİ MÜHARİBƏ MEYDANI: Lavrov Qərbin planlarını açdı

Qərb Balkan regionunu inadla Rusiyaya qarşı daha bir müharibə meydanına çevirmək cəhdlərinə təşəbbüs edir.

Yenixeber.org: Bunu Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Serb teleqrafı” qəzetinə müsahibəsində bildirib.

Nazir xatırladıb ki, Qərb “soyuq müharibə” bitdikdən sonra Avroatlantik məkanda bərabər və bölünməz təhlükəsizlik arxitekturasının formalaşması üzrə birgə işdən imtina etdi.

“Bunun əvəzinə, Qərb ölkələri Avropa qitəsində yeni bölücü xətlərin yaradılmasını seçdi. Məsələn, 1999-cu ildə beynəlxalq hüququ kobud şəkildə pozaraq iki ay yarım ərzində Yuqoslaviyanı bombaladılar və sonra təcavüzü qanuniləşdirmək üçün birtərəfli qaydada müstəqilliyini elan etmiş Kosovonun müstəqilliyini tanıdılar”, - Lavrov deyib.

Onun sözlərinə görə, 2014-cü ilin fevralında Kiyevdəki dövlət çevrilişi anti-Rusiya siyasətinin tərkib hissəsi idi.

“Təəssürat formalaşır ki, Qərbdə Ukrayna faciəsindən dərs götürməyiblər. Bu gün inadla Rusiyaya qarşı daha bir müharibə meydanını Balkanlarda yaratmağa cəhd göstərirlər. Region ölkələrindən israrla seçim etməyi tələb edirlər: ya Moskva, ya da Vaşinqtonla və Brüssel”, - diplomat deyib.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?