Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Ermənistan status-kvonun qorunması üçün hər şeyi edir- Hikmət Hacıyev

Ermənistan status-kvonun qorunması üçün hər şeyi edir - Hikmət Hacıyev

"Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətinin nəticəsində danışıqlar prosesində böyük problemlər yaranır və bu, ermənilərin maraqlarına cavab verir. Onlar status-kvonun qorunması üçün hər şeyi edirlər".

Yenixeber.org: Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət HacıyevAzərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusundakı beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, ermənilər Dağlıq Qarabağda bir neçə istiqamətdə qeyri-qanuni fəaliyyət göstərirlər. "Bura işğal altındakı ərazilərdə demoqrafiyanın dəyişdirilməsi, məskunlaşma siyasəti, təbii sərvətlərdən qanunsuz istifadə, çirkli pulların yuyulması, infrastrukturun dəyişdirilməsi, maddi-mədəni irsin məhv edilməsi, turizmin qurulması və işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər edilməsi aiddir", - o deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan işğal olunmuş ərazilərdə təbii sərvətləri məhv edərək və talan edərək orada faktaraşdırıcı missiya aparmağa imkan vermir, çünki bu, onlara sərf etmir.

H.Hacıyevin sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətini ermənilərin bu ərazilərdəki qanunsuz fəaliyyətinə yönəltmək vacibdir.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?