Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Yaponiya Putinə vəd verdi–ABŞ hərbi bazalarını yerləşdirməyəcəyik

 

Yaponiyadan Putinə vəd – ABŞ hərbi bazalarını yerləşdirməyəcəyik
Yaponiyanın baş naziri Şinzo Abe 14 noyabrda Rusiya prezidenti Vladimir Putinlə təkbətək danışıqlarda söz verib ki, əgər Cənubi Kuril adalarının bir hisəsi Tokioya qaytarılsa, Yaponiya həmin adalarda ABŞ hərbi bazalarını yerləşdirməyəcək.
 Yenixeber.org: Bu barədə Yaponiyanın “Asahi Shimbun” qəzeti Yaponiya hökumətindəki mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, söhbət Habomai və Şikotan adalarının qaytarılmasından gedir.

Belə ki, 2016-cı ildə Yaponiyanın Milli Təhlükəsizlik Şurasının baş katibi Syotaro Yati rusiyalı həmkarı Nikolay Patruşevlə görüşündə adaların geri qaytarılacağı təqdirdə orada Amerika hərbi bazalarının yerləşdirilə biləcəyini istisna etməmişdi. Məhz bundan sonra Cənubi Kuril adaları ilə bağlı Moskva ilə Tokio arasındakı münaqişə daha da gərginləşmişdi. Vəziyyətin gərginləşdiyini və Rusiyanın kompromisə getməyəcəyini anlayan Şinzo Abe daha sonra Putinlə keçirdiyi görüşlərdə dəfələrlə bildirib ki, Tokionun belə bir niyyəti yoxdur.

“Asahi Shimbun”un məlumatına görə, hazırda Yaponiya Xarici İşlər Nazirliyi ABŞhərbi bazalarının Yaponiya ərazisində yerləşdirilməsilə bağlı məsləhətləşmələr aparır.

Qeyd edək ki, 1956-ci il SSRİ-Yaponiya birgə bəyannaməsində göstərilib ki, Moskvasülh müqaviləsi imzalandıqdan sonra Cənubi Kuril adalarının Tokioya qaytarılmasının mümkünlüyünə baxmağa razıdır. Bu ilin 12 sentyabrında Vladivastokda keçirilən Şərqi İqtisadi Forumda Putin heç bir ilkin şərt olmadan Abeyə sülh müqaviləsi imzalamağı təklif edib. Lakin Tokioda bu təklif rədd edilib.

Xatırladaq ki, Kuril adaları arxipelaqının cənub hissəsi Rusiya və Yaponiya arasında mübahisəli ərazidir. Tokio Cənubi Kuril adaları - İturup, Kunaşir, Şikotan və Habomai adalarının Yaponiyanın ərazisi olduğunu və İkinci Dünya Müharibəsi nəticəsində SSRİ tərəfindən ələ keçirildiyini bildirir.

Müharibədən sonra Kuril adalarının hamısı Sovet İttifaqına birləşdirilib və indiyədək Moskva bu adaların ona məxsus olduğunu iddia edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam