Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Moskva və İrəvan səhvə yol verir:Bakının cavabı...

 

Rəsmi Moskva Ermənistanı bütün hallarda geosiyasi cəhətdən əlində saxlamaq istəyir.

Yenixeber.org: Bu sözləri Ermənistan müdafiə naziri əvəzi David Tonoyanın Ermənistanın Rusiya ilə 100 milyon dollarlıq hərbi kredit sazişi imzalaması ilə bağlı açıqlamasına münasibət bildirən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, Moskvanın bu siyasəti regionda hərbi siyasi vəziyyəti gərginləşdirir:

“Moskvanın Ermənistanı özündən asılı vəziyyətə salması üçün ən əlverişli vasitə İrəvana verilən uzunmüddətli hərbi kreditlərdir. Ona görə də iki ölkə arasında münasibətlərin yaxşı, ya pis olmasından asılı olmayaraq, Rusiyanın Ermənistana ayırdığı kreditlər davam edəcək. Burada müəyyən dərəcədə paradoksal vəziyyət yaranıb. Bir tərəfdən Moskva ilə İrəvanın dialoqu çox kəskin surətdə pisləşib, o biri tərəfdən isə Moskvanın Ermənistanı özünə bağlamaq cəhdləri artıb”.

Politoloq qeyd edib ki, Moskva ilə Ermənistan arasında yeni müqavilənin imzalanması Azərbaycanın da buna adekvat addımlar atmasını şərtləndirir:

“Çox güman ki, Azərbaycan da öz tərəfdaşları ilə yeni hərbi texnikanın alınması ilə bağlı danışıqları sürətləndirib, yeni və daha güclü, daha müasir hərbi texnikalar alacaq. Ümumiyyətlə, bu, regionda hərbi-siyasi vəziyyəti yaxşılaşdırmır. Bu barədə ciddi düşünmək lazımdır. Bu addımı atan Rusiya və Ermənistan bütün hallarda nəticələrini də düşünməlidir. Yəni Azərbaycanın buna qarşı atacağı adekvat addımlar onların nəzərində olmalıdır. Buna diqqət etməyərək, həm Moskva, həm də İrəvan kifayət qədər ciddi səhvə yol verir. Çünki münaqişənin sülh yolu ilə həllinə, bunun üçün danışıqlar prosesinin sürətlənməsinin vacibliyinə bu addımlar maneədir”.

Qeyd edək ki, Ermənistan müdafiə naziri əvəzi David Tonoyan mətbuat konfransında çıxışı zamanı bildirib ki, Ermənistan Rusiya ilə 100 milyon dollarlıq hərbi kredit sazişi imzalayıb.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam