Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Moskvadan ABŞ-a çağırış: "buna hazırıq..." 

    

Moskvadan ABŞ-a çağırış: "buna hazırıq..."
Rusiya ABŞ-la imzaladığı “Strateji hücum silahlarının məhdudlaşdırılması haqqında” müqavilənin müddətini daha 5 ilə uzatmağa hazırdır.
Yenixeber.org: Rusiya xarici işlər naziri Sergey Lavrov belə deyib. Onun sözlərinə görə, Moskva qüvvəsi 2021-ci ildə itəcək müqavilənin daha 5 ilə uzadılmasında maraqlıdır. 

“Biz bu barədə dəfələrlə demişik, Rusiya prezidenti Putin ABŞ prezidenti Trampla təmaslarında da ictimai şəkildə bəyan edib ki, biz 2021-ci ildə 10 illik qüvvəsi bitəndən sonra “Strateji hücum silahlarının məhdudlaşdırılması haqqında” müqavilənin müddətinin daha 5 ilə uzadılması imkanlarının nəzərdən keçirilməsinə hazırıq” – Lavrov bildirib. 

Lakin rusiyalı diplomat vurğulayıb ki, bu imkanın həyata keçirilməsi üçün hazırkı müqavilənin icrası ilə bağlı mövcud problemlər həll edilməlidir: “Sözsüz ki, əgər ABŞ-ın Avropada və indi də Asiyada hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsilə əlaqəli olan raket əleyhinə müdafiədən danışırıqsa, qeyd etməliyik ki, onlar strateji sabitliyə birbaşa təsir edirlər. Bu məsələni istənilən dürüst professional müzakirələrdən kənarda qoymaq olmaz” 

Lavrov həmçinin, ABŞ prezidenti Donald Trampın “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqavilədən çıxmaq istəyini təəssüflə qarşıladıqlarını və Rusiyanın bu razılaşmanın qorunub saxlanmasında maraqlı olduğunu bildirib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam