Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiya dünya müharibəsinə hazırlaşır – Moskvadan ŞOK ETİRAF

Rusiya dünya müharibəsinə hazırlaşır – Moskvadan ŞOK ETİRAF

Dünya ehtiyatla ABŞ və Rusiya arasında gərginliyin yeni mərhələsini gözləyir. Oktyabrın 26-da BMT Baş Assambleyasının komitə iclasında Rusiya Xarici İşlər Nazirliyinin silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzrə Departament rəhbərinin müavini Andrey Belousov Moskvanın Vaşinqtonla müharibəyə hazırlığı haqqında qalmaqallı bəyanatı səsləndirdi.

Yenixeber.org: Amerika hələ ki Rusiya diplomatının bu sözlərinə reaksiya verməyıb. Amma Ukraynanın “Obozrevatel” nəşrinə danışan ekspertlər Rusiya-ABŞ müharibəsinin mümkünlüyünü vurğulayıblar.

ABŞ-ın raket müqaviləsindən çıxışı

Oktyabrın 21-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.

Bu razılaşma Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Razılaşma 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir.

Rusiyada Trampın bəyanatına ittihamlar və təhdidlərlə reaksiya verdilər. Belə ki, Rusiyanın Federasiya Şurasının üzvü Frans Klinseviç bildirdi ki, Birləşmiş Ştatlar belə qərarla Avropanın maraqlarını nəzərə almadı. O, Vaşinqtonu Rusiyanı qızğın silahlanmaya cəlb etmək cəhdlərində ittiham etdi. Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədrinin birinci müavini Vladimir Cabarovbəyan etdi ki, Rusiya dərhal zərbə vura bilər, nəticədə bütün dünya məhv ediləcək və amerikalılar hər şeyi itirəcəklər.

Amerika prezidentinin bəyanatları ilə əlaqədar, Rusiya oktyabrın 25-də qətnamə layihəsini BMT Baş Assambleyasının müzakirəsinə çıxarmağa qərar verdi. Amma təşkilatın birinci komitəsi sənədin müzakirəyə çıxarılmasına qarşı səs verdi.

Rusiya ABŞ-la müharibəyə hazırlaşır?

BMT komitəsinin qərarından sonra Rusiya diplomatı Belousov “burada bir müddət əvvəl keçirilmiş iclasda Birləşmiş Ştatlar bildirdi ki, Rusiya müharibəyə hazırlaşır. Bəli, Rusiya müharibəyə hazırlaşır, mən bunu təsdiq edirəm” söylədi. Belousov bildirdi ki, Moskva ərazi bütövlüyünü və ölkə əhalisini müdafiə edəcək. Onun fikrincə, ABŞ Kremli təcavüzkar addımlara məcbur edir.

“Sağ qüvvələr ittifaqı” Ümumrusiya ictimai hərəkatının prezidenti Leonid Qozman qeyd edib ki, burada təhlükə Belousovun “müharibəyə hazırlaşırıq” söyləməsi deyil, əsas təhlükə hərbi qarşıdurma ehtimalının artmasıdır.

“Həqiqətən, Kremlin ritorikası dünyanın hər hansı nöqtəsində ölkələr arasında münaqişənin eskalasiyası üçün risklər yaradır. Vəziyyətin kəskinləşməsinin riskləri Suriya, Qara və Baltika dənizlərində ola bilər", - Amerika üzrə mütəxəssis Nikolay Beleskov hesab edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam