Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rusiyadan Ermənistana TƏRS ŞİLLƏ: işğal altında olan ərazilər...

  • Rusiyadan Ermənistana TƏRS ŞİLLƏ: işğal altında olan ərazilər...

VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada çıxış edən Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev Dağlıq Qarabağ münaqişəsindən danışarkən, Ermənistanın işğal olunmuş əraziləri qaytarmalı olduğunu vurğulayıb.

Yenixeber.org: “Dağlıq Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır”, - deyə Savelyev bildirib.

 



Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bildirib ki, Savelyevin Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər rus ziyalısının və Rusiya ictimaiyyətinin mövqeyidir: “Bu, ilk öncə onu göstərir ki, Rusiya ictimaiyyətində Azərbaycanla bağlı həqiqətlər daha çox yayılmağa başlayıb. Savelyev sıradan bir insan deyil, onun Rusiya siyasətində qəbul olunan sözü var. Onun Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi haqqında danışması birinci dəfə deyil. Rusiya mətbuuatının böyük hissəsi erməni lobbisinin təsiri altındadır. Dəfələrlə cəsarətli və obyektiv fikirlərinə görə Savelyevə qarşı hücumlar olub. Lakin o, geri çəkilməyib. Savelyevin dedikləri rus ziyalısının simasının mövqeyidir. Onun fikirləri təkcə öz adından yox, həm Ermənistanın işğalçılıq siyasətini qəbul etməyən qüvvələrin adından deyilmiş fikirlərdir”.



Milli Məclisin deputatı hesab edir ki, bu fikirlər həm də erməni millətçilərinin indiyə qədər apardığı təbliğatının puç olması anlamına gəlir.

“Son dövrlər Ermənistanın işğalçılıq siyasətinə təkcə Rusiyada yox, digər ölkələrdə də kəskin reaksiyalar verilir. Göründüyü kimi, ədalət və obyektivlik qalib gəlir. Savelyevin obyektivliyi, həqiqəti cəsarətlə dilə gətirməsi sübut edir ki, Azərbaycanın ədalətli mövqeyi qəbul olunur”, - deyə deputat diqqətə çatdırıb.

Savelyevin diqqət çəkən digər fikirləri isə Ermənistanın ifşa edilməsi oldu. Rusiyalı deputat qeyd edib: “2016-cı il aprel hadisələri zamanı ABŞ və Avropa ölkələrindəki erməni lobbisi həmin hadisələrin mahiyyətini təhrif edərək Qərb ictimaiyyətinə yalan məlumatlar çatdırdı. Bununla belə, Azərbaycan bu istiqamətdə ciddi iş aparıb, nəticədə ictimai rəyi öz tərəfinə çəkə bilib və tədricən Qərb mətbuatında həmin hadisələrin adekvat görüntüsü yaranıb”.




A. Mirzəzadə qeyd edib ki, Ermənistanın bu cür saxta təbliğatı tarix boyu olub.

“Ermənilər Dağlıq Qarabağ məsələsi ilə bağlı hər şeyi öz xeyirlərinə şərh edirlər. Hətta həmişə Xocalıda törətdikləri soyqırımını özlərinə qarşı törədilmiş kimi göstərməyə cəhdlər ediblər. “Aprel müharibəsi” zamanı da bu cür çirkin təbliğata əl atdılar. Lakin heç bir xarici ölkə və beynəlxalq nüfuza sahib olan siyasətçi Ermənistanı müdafiə etmədi. Ermənilərin bütün cəhdlərinə baxmayaraq, bütün dünya Azərbaycanın hərbi əməliyyatları ərazi bütövlüyünü bərpa etmək üçün apardığını və Ermənistanın beynəlxalq hüququ pozduğunu qəbul etdi”, - deyə Milli Məclisin üzvü vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam