Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Tramp bunu Bakıya təminat verə bilməz”– ŞƏRH

“Tramp bunu Bakıya təminat verə bilməz” – ŞƏRH

“Rəsmi Bakı Vaşinqtondan tam təminat almalıdır ki, Amerikadan silah almaq istəsə, maneə ilə üzləşməyəcək”.

Yenixeber.org: Bunu politoloq Elxan Şahinoğlu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Yerevanda "Azadlıq" radiosuna verdiyi müsahibədə söylədiyi fikirləri şərh edərkən deyib.

“ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Yerevanda "Azadlıq" radiosuna verdiyi müsahibədə deyib ki, Ermənistan hakimiyyəti Rusiya silahlarından imtina etsə, ABŞ Ermənistana silah satmağa hazırdır. Bolton Azərbaycana da silah satmağa hazır olduğunu bildirib. Bolton Amerika silahlarının Rusiya silahlarından keyfiyyətli olduğunu deyib. Bolton Azərbaycana silah satışı üçün Konqresin Azərbaycana qarşı tətbiq etdiyi 907-ci düzəlişin maneə olmadığını da bildirib. Bolton hətta ona işarə edib ki, Donald Tramp bu düzəlişi ləğv də edə bilər. Ancaq görünür bunun baş verməsi üçün rəsmi Bakı Rusiyadan deyil, Amerikadan silah almağa razı olmalıdır”, - o bildirib.

Politoloqun sözlərinə görə, problem ondadır ki, Tramp Azərbaycana silah satmaq istəsə, Konqres səlahiyyətindən istifadə edərək bunu əngəlləyə bilər: “Onda bir tərəfdən Azərbaycan Amerikadan silah ala biməyəcək, digər tərəfdən Rusiyanın təzyiqi ilə üzləşəcək ki, niyə bizdən imtina edib Amerikaya üz tutdunuz. Ona görə də rəsmi Bakı Vaşinqtondan tam təminat almalıdır ki, Amerikadan silah almaq istəsə, maneə ilə üzləşməyəcək. Bunu isə Con Bolton bir yana, Trampın özü də təminat verə bilməz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam