Redaktor seçimi
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Qorxmaz Hüseynova və qardaşına
Məktəb direktoruna korrupsiya ittihamı-
Qarabağ veteranı, qocaman müəllim prezidentdən kömək istəyir: 
Qorxmaz Hüseynova və qardaşına ŞOK ittihamlar:
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Günün xəbəri

ŞƏRQ SİRLƏRİ İLƏ DOLU AVROPA LIDERI…-Bioqrafiyasını 5 dəfə dəyişən, Rusiya arxivlərindən izini itirən prezident Qribauskayte

“News.ru”, (Rusiya)

 

Dalya Qribauskayte Avropa dövlətinə rəhbərlik etsə də, əksər Asiya liderləri kimi, bioqrafiyası və şəxsi həyatı barədə mətbuata çox az şey məlumdur. Xanım Qribauskayte özünün və doğmalarının şəxsi həyatını sirr kimi gizli saxlayır. Doqquz ildir Litvada prezident postunu tutmasına, ondan əvvəl də bir sıra yüksək vəzifələrdə çalışmasına baxmayaraq, Qribauskayte ilə bağlı məlumatları hətta müstəqil mətbuatdan da tapmaq olmur. Bəzi məlumatlara görə, prezident rəsmi saytında özü barədə məlumatları düz beş dəfə dəyişib.

Yenixeber.org: Xanım Qribauskaytenin hətta atasının adı ilə bağlı səhih bilgi yoxdur. Yalnız o məlumdur ki, Dalya 1956-cı ildə Vilnüsdə anadan olub. Anasının adı Vitaliya olub. Atası Polikarpas Qribauskas Vladoviç (bəzi mənbələrə görə Polikarp Vladislavoviç) 2008-ci ildə 80 yaşında dünyasını dəyişib.

Anası Vitaliyanın birinci nikahdan 1946-cı ildə doğulan bir oğlu var. Litva prezidenti onunla hər hansı münasibət saxlamır. Deyilənə görə, atası anası ilə birinci arvadı ilə boşanmadan ailə qurub. Amma bu yalanın üstü açılıb.

Atası Böyük Vətən Müharibəsi iştirakçısı olub. Bəzi məlumatlara görə, “NKVD” zabiti olub. Dalya Qribauskayte özü bu faktı inkar edir.

Gələcək prezident Vilnüsdə Salomei Neris adına orta ümumtəhsil məktəbini başa vurub

 

Təxminən bir il Litva SSRİ-nin Dövlət Filarmoniyasında kadrlar şöbəsinin inspektoru işləyib. Bunun ardından da Jdanov adına Leninqrad Universitetinin iqtisadiyyat fakültəsinin axşam şöbəsinə daxil olub. Paralel olaraq fabrikdə laborant işləyib. İşçilər və mühəndislər Qribauskayteni marksizm-leninizm ideallarına sadiq aktiv komsomolçu kimi xarakterizə edirlər.

İnstitutda 7 il tələbə həyatı yaşayan Qribauskayte oranı 27 yaşında başa vura bilib. Diplomunu alan kimi də Kommunist Partiyasının sıralarına daxil olub. Və Vilnüs Ali Partiya Məktəbində siyasi iqtisadiyyatdan məruzə oxumaq üçün vətəninə yollanıb.

1988-ci ildə Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Moskva Ali Partiya Məktəbində aspiranturanı başa vurub və iqtisadiyyat üzrə dissertasiya müdafiə edib. Litva müstəqilliyini qazananda onun elmi dərəcəsi elmlər doktoru kimi təsdiqlənib. 89-cu ildə Vilnüs partiya məktəbi fəaliyyətini dayandırır və Qribauskayte Litvada İqtisad İnstitutunda işə başlayır.

Dövlət başçısının rəsmi saytında qeyd olunur ki, 1992-ci ildə Dalya Qribauskayte Vaşinqtonda Corctaun Universtetinə ixtsasartırmaya yollanıb. Orada da idaretmə üzrə 6 aylıq xüsusi kurs keçib. Bəzi məlumatlardan isə belə məlum olur ki, Qribauskayte ABŞ-a 92 yox, 91-ci ildə gedib.

Litvanın keçmiş baş naziri Ziqmas Vayşvilanın dediyinə görə, həmin vaxt Litvada ABŞ-ın nə səfirliyi, nə də konsulluğu olub: “Üstəlik hələ formalaşmamış dövlətin kimisə xaricə oxumağa göndərmək üçün pulu yox idi”.

Vayşvila iddia edir ki, Qribauskayte Birləşmiş Ştatlara SSRİ vətəndaşı kimi, özü də KQB-nin göstərişi ilə gedib.

Vayşvilanın fikrincə, sovet rəhbərliyi başa düşürdü ki, tezliklə ölkələr olmayacaq, ona görə də yeni dövlətlərə öz agentlərini yerləşdirməyə cəhd edirdi.

Mətbuatda belə bir xəbər də çıxmışdı ki, Qribauskayte Leninqradda yüngül əxlaqlı qadın kimi fəaliyyət göstərib və xaricilərdən aldığı qiymətli məlumatları sovet xüsusi xidmət orqanlarına ötürüb. Belə bir fikir də var ki, bu cür informasiyalar məqsədli şəkildə ortaya atılıb ki, onun KQB-dəki fəaliyyətinə dair şok bilgilər gizli qalsın.

Deyilənlərə görə, 2016-cı ildə Qribauskayte Moskvaya rəsmi şəkildə müraciət edərək Rusiya arxivlərində onun haqqında olan sənədləri dərc etməməyi xahiş edib. Litva prezident administrasiyasından bildiriblər ki, bu addımın səbəblərinə dair heç vaxt açıqlama verilməyəcək.

Sonrakı illər ərzində Qribauskayte karyera pillələrini sürətlə keçib. Litvanın ABŞ-dakı səfirliyində yüksək post tutub, xarici işlər nazirinin müavini və maliyyə naziri olub. 2004-cü ildə Litva Avropa Birliyinə üzv olanda Qribauskayte Avropa Komissiyasında komissar (Avropa İttifaqının büdcəsinə cavabdeh olan) postunu tutub.

2009-cu ildə Litvanın prezidenti olub. 2014-cü ildə bu posta yenidən seçilib.

Şəxsi həyatından danışmağı sevməyən Qribauskayte heç vaxt ailəli olmayıb, övladı da yoxdur. Dediyinə görə, vətəndaş nikahında da olmayıb. Demək olar ki, bütün ömrünü siyasətə və karyeraya həsr edib.

2009-cu ildə seçkiqabağı kampaniya zamanı bir çox Litva qəzetləri yazırdılar ki, Qribauskayte qeyri-ənənəvi cinsi orientasiyaya sahibdir və qadınları sevir. Mətbuatda hətta bu mövzuda karikaturalar da çıxmışdı. Prezident özü isə orientasiyası ilə bağlı iddiaları yalanlamışdı.

Fabrikdəki bəzi iş yoldaşlarının dediyinə görə, Dalyanın komsomol katibləri ilə sevgi münasibətləri vardı. Kommunist Partiyasında yüksək vəzifə tutan bir nəfərlə də özəl münasibətlərinin olduğu deyilir.

Tələbə yoldaşları isə Qribauskaytenin dərslərinə çox ciddi yanaşdığı, heç kimlə münasibət qurmadığını və yalnız karyerasını düşündüyünü bildirirlər.

Litva lideri idmanla məşğul olmağı sevir. 11 yaşında basketbol oynamağa başlayıb. Uzun illərdir karate ilə məşğul olur və qara kəmər sahibidir. Özünün dediyinə görə, yemək bişirməyi sevir. Prezidentin çox da böyük olmayan bostanı var, orada tərəvəz və çiyələk yetişdirir…

Tərcümə Strateq.az-ındır

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?