Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qaşıqçının ölümü kimin maraqlarına uyğundur? –Politoloq

 

Qaşıqçının öldürülməsi ilə ən böyük zərbə Səudiyyə Ərəbistan timsalında vəliəhd Məhəmməd bin Salmana vuruldu.

Yenixeber.org: Bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, mərhum Camal Qaşıqçı müsəlman-qardaşlar cərəyanının nümayəndəsi, Suriya inqilabının tərəfdarı, Türkiyənin dostu, Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərinin yenidən yaxşılaşmasını istəyən şəxs idi:

“Qaşıqçının öldürülməsi regionda Türkiyə və Səudiyyə Ərəbistanından başqa hər kəsin - ABŞ, İsrail, İran, Əsəd Suriyası, Rusiyanın əlinə oynadı. Qaşıqçı Məhəmməd bin Salmanın ABŞ-a xərac ödəməyəcəkləri ilə bağlı açıqlamasından sonra öldürüldü. Qaşıqçının öldürüldüyü yer də bu cəhətdən xüsusi əhəmiyyətlidir. Onun Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda öldürülməsi təsadüfi deyil. Bu, Salmana incə bir mesaj idi”.

Politoloq vurğulayıb ki, bütün hadisələrə rəğmən hər şərdə bir xeyir də var:

“Bu qətl türk dünyasının açar ölkəsi Türkiyə ilə ərəb dünyasının açar ölkəsi Səudiyyə Ərəbistanının yenidən yaxınlaşmasına səbəb ola bilər. Bu yaxınlarda Ərdoğan və vəliəhdin görüşəcəyinə inanıram”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Baş prokuroru şeyx Səud əl-Muacib oktyabrın 2-dən yoxa çıxmış səudiyyəli jurnalist Camal Qaşıqçının ölkənin İstanbuldakı Baş Konsulluğunda yaranmış münaqişə zəminində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, jurnalistin yoxa çıxması faktı ilə əlaqədar aparılan cinayət işinin ilkin nəticələrinə görə, Camal Qaşıqçı konsulluqda olarkən, orada bir neçə nəfər arasında yaranmış münaqişə və dava onun ölümünə səbəb olub.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam