Redaktor seçimi
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
Günün xəbəri

Vaşinqton Ermənistanı niyə qorxudur –Qarabağ savaşında sülh əvəzinə işğal edilmiş ərazilər? – Təhlil

İrina Corbenadze

rosbalt.ru, 19.10.2018

 

Yenixeber.org: ABŞ-ın Ermənistan səfiri Riçard Millzin respublikada olduğu pərdə altında etdiyi qalmaqallı “etirafı” praktik olaraq Ermənistanın bütün cəmiyyətini şoka salıb –  ehtimal ki, o buna hazır deyilmiş. Onun bunu əvvəllər niyə etmədyi sualının öz izahatı var – bundan aşağıda söz açılacaq. Burada isə səfirin “EVN Report” nəşrinə “vida” müsahibəsindən bir fraqment gətirək. O isə sıradakını söyləyib: “İlk dəfə bura gələndə və görüşdüyüm ermənilərin çoxunun işğal edilmiş ərazilərin danışıqlar prosesi çərçivəsində qaytarılmasına qəti qarşı olduğunu öyrənəndə təəccübləndim”.

Ümumiyyətlə, Millz Ermənistanda dörd ildən çox bütün bu vaxtda ancaq bunu edib ki, Ermənistan cəmiyyətində Qarabağ münaqişəsinin tənzimlənməsi üçün  müzakirələrin cüziliyinə təəccüblənib. O bildirib ki, eşitdiklərinin hamısı onu həyəcanlandırıb. Səfir vurğulayıb ki, işğal edilmiş ərazilərin qaytarılması “Madrid prinsipləri” deyilənin təməllərindən biridir. Onun sözlərinə görə,  ABŞ hökumətinin təsəvvüründə ərazilər münaqişənin dinc həlli üçün sonrakı istifadə məqəsdilə işğal edilib. O deyib: “Ona görə də təəccübləndim ki, bu yanaşma dəstəyə malik deyil”.

Nə etməli, ABŞ-ın tənzimlənmə üzrə ATƏT Minsk Qrupunun həmsədr ölkəsi olduğu nəzərə alınsa, olduqca maraqlı “kəşf”dir. Və səfir yalnız Ermənistanı tərk edəndə “sərt gerçəklik” haqda danışmağa başlayıb: “İstənilən həll işğal edilmiş ərazilərin bir qismini qaytarmağı tələb edir”. Və ümumiyyətlə, indi status-kvo Ermənistanın xeyirnə deyil, diplomat bunu indiyədək anlamayanları dilxor edib.

Ermənistanın erkən parlament seçkiləri səbəbindən bu günlərdə “şərti” istefa vermiş inqilabçı baş naziri Nikol Paşinyan Millzin bəyanatını “gedən səfirin yaxa qurtaran messeci” adlandırıb. O, əlavə edib: “Biz Qarabağ tənzimlənməsi üzrə mövqeyimizi dəfələrlə ifadə etmişik və bunun dəyişildiyini düşünmürəm”.

Lragir” isə Amerika diplomatının özünəməxsus şərhini təqdim edib. Erməni nəşri izah edir – onun bəyanatı “ABŞ-ın Qarabağ tənzimlənməsinə yanaşmasında tranformasiyadan xəbər verir və Donlad Trampın elan etdiyi “gerçəklikləri qəbul etmək” prinsipinə getdikcə daha çox yaxınlaşır. Amerika səfiri faktiki olaraq “statusun əvəzinə ərazilər formulunun aktuallığını itirdiyini bildirir… Hər şeyə əsasən, səfir Ermənistanın cəmiyyətdə dəstəyi olmamaqla bu formul üzrə danışıqlar aparmış keçmiş hakimiyyətini nəzərdə tutur. Amma indi Ermənistanda hakimiyyət yenidir – burası da var ki, ABŞ-dakı kimi. ABŞ indi bilir ki, erməni xalqı nə düşünür.Və səfir əgər tənzimləmə istəyirsinizsə, “ərazinin bir hissəsinin qaytarılması” qaçılmazdır desə də,  əslində, Ermənistan cəmiyyətinin yanaşması və öz mövqeyindən geri çəkilməmək niyyətini qeydə alır”.

Ümumiyyətlə, Ermənistanda Amerika diplomatının birbaşa sözünü bəyənməyiblər və hətta bunda qəribə mətnaltı tapmağı bacarıblar. Onda heç bir sui-qəsd yoxdur, xüsusən də ABŞ-ın ATƏT Minsk qrupunun həmsədri kimi öz fikri olmaq hüququ var. Millz də bunu ifadə edərək ermənilərdə qəzəb doğurub. Amma o, səlahiyyətlərinə aid olmayan məsələlərə toxunarkən İrəvanda susublar. Məsələn, mitinqlərdə özünü necə aparmaq haqda polisə öyüd verib. Yaxud erməni biznesmenlərə ağıl verib – iranlı həmkarlarilə əməkdaşlıqdan çəkinmək.

Millz niyə məhz indi danışmağa başlayıb? Ehtimal, bunun üçün ən əlverişli an yetişib. Ermənistanın Azərbaycandan döyüşlə aldığı ərazilərin, heç olmasa, mərhələ-mərhələ qaytarılmalı olduğu Ermənistan və tanınmamış Dağlıq Qarabağ Respublikasından savayı heç kimdə şübhə doğurmur. Amerikalılar da eyham vurublar ki, məhz bu xətti fəal şəkildə yürüdə bilərlər. Amma məsələyə formal da yanaşa bilərlər – hər şey ermənilərin davranışından asılıdır. Bəs ABŞ Ermənistandan hansı davranışı gözləyir? Birinci növbədə xarici siyasət kursunun birmənalı şəkildə dəyişilməsi və Amerika sanksiyalarından yan keçməklə İrana “yardım etməyi”.

Sözügedən “Lragir”in məlumatlandırdığı kimi, ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent sanksiya səlahiyyətli Amerika məmurlarınınn Ermənistan, Azərbaycan və Gürcüstana tezliklə səfər anonsunu verib. Kent izah edib: “Ermənistan şirkətləri Gürcüstan və Azərbaycanınkılar kimi anlamalıdır ki, müştəriləri kimlərdir. Biz şirkətləri İranın müəyyən təşkilatlarıyla ticari münasibətlərə girməməyə çağırırıq, çünki sanksiya altına düşə bilər”. Nəşr ehtimal edir ki, bu mövzu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun cari ayda Moskva, Tiflis, İrəvan və Baklıya qarşıdakı səfərinin gedişində də qaldırılacaq. Hər şey isə ona görədir ki, İran o cümlədən Rusiya və Ermənistanın yardımıyla Amerika sanksiyalarından yan keçmək yollarını axtarır.

Bax, Ermənistan beləcə İranla həmsərhəd coğrafiyasına görə hiss olunacaq geopolitik oyunçuya, əslində isə, ABŞ-ın antiiran sanksiyaları və Rusiyanınkıyla toqquşan Amerika nüfuzu zəminində çəkişmə ərazisinə çevrilə bilər. Necə olsun? İran və Ermənistan iki azad ticarət zonası yaradıb – Araz və Mehri. Bunların vasitəsilə AİZ-də neft emalı zavodları qurmaqla sanksiyalardan yan keçmək olar. İranın hesablamalarına inanılsa, gəlirlər zəif olmayacaq. Rusiyaya gəlincə, erməni nəşri dünya KİV-lərinə isnadən xəbər verir: birincisi, RF və İran prezidentləri Tehrana “ABŞ tərəfdən neft embarqosundan yan keçməyə” imkan verən “gizli saziş” bağlayıblar. “Doyçe velle” isə dəqiqləşdirir: İran nefti Xəzər dənizi üzərindən Rusiyanın neft emalı zavodlarına göndəriləcək, sonra neft məhsulları bütün dünya üzrə təkrar satılacaq. Habelə yazırlar ki, Türkiyə prezidentinin də Amerika sanksiyalarından yan keçmək mexanizminin hazırlanmasında əli var. Bəs nədir, yaşamaq istəyirsənsə, fırlanmağı  bacar. Amma, deyəsən, Ermənistana ABŞ-ın maraqlarına daxil olduğu qədər “fırlanmaq” imkanı verəcəklər. Yeri gəlmişkən, məlum olsaydı ki, amerikalıların ermənilərə verdiyi məsləhətlər Rusiyadan gəlib, respublikada “ruslar burunlarını başqasının işinə soxurlar” tipli böyük səs-küy qalxardı. Və bu səs-küyə haqq qazandırılardı. Bu arada “gedən səfir” məsləhət verməyi davam etdirərək bununla da Rusiya XİN-nin kəskin qıcığını doğurub. O vidalaşmada Amerikanın Ermənistandakı ticarət palatasında çıxış edib və çoxlu maraqlı şeylər danışıb. Millz “Novosti – Armeniya”nın şərhində söyləyib ki, respublikada öz fəaliyyətində “dörd əsas vurğu”nu rəhbər tutub – korrupsiya ilə mübarizədə əməkdaşlıq, respublikada demokratik institutlar və insan haqlarının möhkəmləndirilməsi, işgüzar və iqtisadi əməkdaşlığın dərinləşməsi, habelə təmasların və ABŞ-ın Ermənistanda xarici siyasətinin təqdiminin yaxşılaşması. O həmçinin məlumatlandırıb ki, ABŞ 3,5 il ərzində Ermənistana yüz milyonlar, o cümlədən Vorotan SES-nin kaskadına 250 mlyon $ yatırıb. Bu layihə Ermənistanın energetik təhlükəsizliyinin təminatına yönəlib.

Millzin fikrincə, ölkədə “məxməri inqilab” və siyasi dəyişikliklərə gəlincə, bunlar çoxdan yetişmişdi və əhali narazılığının artması üzündən “praktik olaraq havada dolaşırdı”. Moskvanı daha çox bu ifadəmi  cinləndirib? Düzdür, Millz əmin edib ki, “çoxlarının hesab etdiyi kimi, ABŞ-ın bunda əli yoxdur”. “Biz, o deyib, – yalnız dövlətin  inkişafı, korrupsiyanın azalması, insan haqlarına yardım etmişik. Ölkədə baş verən dəyişikliklərə xarici basqı olmayıb”. “Yalnız sonrakı yolunu işarəlməyi qət etmiş erməni xalqının iradəsinin ifadəsi” var idi. O, ABŞ tərəfdən Ermənistana dəstəyin əsas məqsədi kimi “ölkənin seçdiyi yolla irəliləməsi üzrə” yardımı göstərib.

Yeri gəlmişkən, maraqlıdır ki, Millz bu “seçilmiş yol”un “seçilmişi”, yəni Nikol Paşinyanı “qurucu atalar”dan biri – ABŞ-ın ikinci prezidenti Con Adamsla tutuşdurub və tarixçi Devid Makkalounun bu siyasətçi  haqda kitabını ona hədiyyə edib. Ümumiyyətlə, Millz Ermənistan üçün tamamilə ancaq siyasi platsebo (müalicə imitasiyalı maddə-red.)çıxa biləcək acı Qarabağ həbinin şirinliyini artırıb – əlbəttə, müəyyən şərtlərlə. Bu isə, böyük hesabla, birdir – ABŞ-ın Ermənistana buyurduqlarını etmək. Rusiya və İran amilləri nəzərə alınsa, Vaşinqtona tam itaət – hətta böyük istək müqabilində mümkünsüz işdir. Bu isə bildirir ki, ABŞ-ın baxımından Ermənistan siyasətinin “sökük” fraqmentləri “etimadı doğrultmayan adam” kimi Paşinyanın idarəçilik  sürəkliliyini şübhə altına alır; Ermənistanın Qarabağ tənzimləməsində ABŞ-dan əldə etmək istədiyi “qərəzsizlik” və bir çox başqa şeyləri tam əldə edə bilməyəcək.

Onun “dostları” da, “düşmənləri” də respublikada baş verənlərin hamısını çox diqqətlə izləyirlər. Millzin ticarət palatasının toplantısında çıxışı xüsusən də Ermənistanın Gümri şəhərində hərbi bazası məzillənmiş Rusiyanın özəl olaraq ürəyinə yatmayıb – buna XİN rəsmi təmsilçisi Mariya Zaxarova qıcıq verib. O, “Ermənistanda dəyişikliklərə” ABŞ-ın verdiyi pay haqda səfirin xəbərini və respublikanı “ədalətli” etmək istəyənlərə dəstəyini başqa dövlətin işlərinə qarışmağın birbaşa etirafı hesab edib.

Sputnik Armeniya”nın xəbər verdiyi kimi, Zaxarovanın fikrincə, korrupsiya ilə mübarizəyə yeni dəstək haqda səfirin bəyanatı da çox şeydən xəbər verir. O öz nitqində özəl qeyd edib ki, ABŞ hökuməti Ermənistanda siyasi durum əvəzlənəndən sonra 14 milyon dollardan çox ayırıb. Gələn il dəstək 26 milyon dollardan çox artırılacaq. Bu planlaşdırıldığından 20 milyon dollar çoxdur. Və bu vəsaitlər korrupsiya ilə mübarizəyə və vətəndaş cəmiyyətinin, habelə işgüzar əlaqələrin və Ermənistan və Amerika müəssisələrinin biznes imkanlarının  möhkəmlənməsinə yönəldiləcək. Rusiya xarici siyasət idarəsinin rəsmi təmsilçisi bu ifadələri şərh edərək bildirib ki, bunlar özünü necə aparmaq haqda “qalanlarına daha bir aşkar təlimatdır”.

Hələ artıq “bütün dünya”nı demirik, antiiran sanksiyaları, korrupsiya ilə mübarizə, “demokratik dəyərlər”in təsbiti və insan haqlarının müdafiəsini ehtiva edən daxili-siyasi fraqmentlər kontekstində, göründüyü kimi, Gürcüstanla Azərbaycan da amerikalıların öyüdlərini eşitməli olacaq. Və əlbəttə, Rusiya da – lakin Boltonun səfəri nəzərə alınmaqla Moskvada daha yüksək çəkili “uçuşların saf-çürük edilməsi” gözlənilir. Amma burası da var ki, indiki mərhələdə bu “çəki” İrəvandan başqa Tiflis və Bakını da ağırlaşdırır.

Deyilməlidir ki, Bakı Millzin ərazilərin  qaytarılmasının gərəkdiyi haqda dediklərindən sonra atəşfəşanlıq təşkil etməyib – bunu haqqı kimi qəbul edib. Və hətta filosofcasına, İrəvanı səliqəlicə sancmaqla. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “Euractiv” nəşrinə müsahibədə bildirib ki, ola bilsin, Qarabağ tənzimlənməsi üzrə danışıqlar prosesilə tanışlıq üçün Ermənistanın yeni hakimiyyətinə daha çox vaxt lazımdır. O, uyğun prosesdə Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması və qaçqınların qayıtmasını əsas məsələ adlandırıb. Yəni, əslində, Azərbaycan bu məsələdə və münaqişənin dondurularaq müəyyən dövrdə saxlanmasında Ermənistana düşünməyə vaxt verib. Amma, ehtimal ki, İrəvanın “qapısını döyməyə” ümid etmədən.

Yeri gəlmişkən, Paşinyan məlumat verib ki, prezident İlham Əliyevlə ilkin razılaşmaya əsasən, Azərbaycan hökumətilə operativ əlaqə qurulub. Və indi təmas xəttində “görünməmiş sükut” hökm sürür. Amma bu, yalnız “sülh əvəzində ərazilər” formulu işə düşərsə, belə qalacaq.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam