Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“XAŞUQCİ İLƏ BAĞLI ŞANTAJA SON QOYUN!”–Ərəb mediasından daha bir sərt təpki

Maşari əl-Zeydi

“The Arabic”

 

Dəhşətli kampaniya və bu, Səudiyyə Ərəbistanına qarşı son bir neçə gündə aparılan siyasətin ən doğru təsvirdir. Buna görə də, Səudiyyə Ərəbistanından qərarlı cavabla nəticələnib.

Yenixeber.org: Avropada, Amerikadakı xarici işlər nazirləri və ya möhtərəm parlament üzvləri, eləcə də “əl-Cəzirə” kanalının səsləndirdiyi cəfəngiyat və təhqirlərlə razılaşmaq qeyri-mümkündür.

İngilis solçu qəzetləri ilə yanaşı, “Washington Post” və “New York Times” kimi amerikan solçu media podiumlarının səudiyyəli jurnalist Camal Xaşuqcinin “Türkiyədə itkin düşməsi” iddiası altında yürütdüyü kampaniya media cinayəti kimi qanunla cəzalandırılmalıdır.

Səudiyyə Ərəbistanına qarşı məzhəbi və ya siyasi gündəm yaradan bir jurnalistin yazdığı bir sıra məqalələr, hətta dünya informasiya agentliklərində dərc olunsa belə, sətiraltı nifrət və əsassız ittihamlarla dolu idi. Bu, arxasında xarici” cəbhə duran yazarın ümumi səciyyəsidir.

 

Səudiyyə Ərəbistanını təhrik etmək

 

Səudiyyənin – müsəlmanların qibləsini əhatə edən, İki Müqəddəs Məscidi qoruyan və hazırda bütün, o cümlədən dini təhrif və onu istismar edən “Müsəlman Qardaşlar” tipli ekstremist dini qrupları aradan qaldırmaq üçün İslam yönümlü lider dövlətin qəzəbini doğuran – şantaj edilməsidir.

Amerika konqresmenləri və digər Qərb siyasətçiləri Səudiyyə Ərəbistanının nə etməsini istəyirlər?

“Müsəlman Qardaşlar”a qarşı mübarizəni dayandırmasını? Ekstremizm və onlara dəstək verən “solçu” xaotik qrupların ritorikası əleyhinə çıxmanı sona yetirməsini?

Bu mümkün deyil.

Buna görə də, rəsmi mənbə sayılan Səudiyyə Ərəbistanının Mətbuat Agentliyinin açıqladığı Səudiyyə Ərəbistanının cavabı həlledici və aydın dildədir. Xəbərdarlıq belə idi: “Hər hansı bir sanksiya addımına Səudiyyə Ərəbistanının artıqlaması ilə cavab verəcəyini hamının bilməsini istəyirik. Hər kəs bilsin ki, Səudiyyə Ərəbistanının iqtisadiyyatı dünya iqtisadiyyatı üçün həyati əhəmiyyətli və böyük təsiredici gücə sahibdir. Səudiyyə Ərəbistanı bütün təhdidləri rədd edir və iqtisadi sanksiya, siyasi basqı və ya təkrarlanan əsassız ittihamlara boyun əyməyəcək”.

“Xaşuqcinin yoxa çıxması” iddiası ilə bağlı mətbuat və siyasi çılğınlığa gəlincə, Səudiyyə rəsmi mənbəyi deyib ki, Səudiyyə Ərəbistanı süni iddialardan ibarət mütəşəkkil kampaniyası qarşısında müttəfiqlərin dəstəyini yüksək qiymətləndirir, “hədəflərinə çatmaq istəyən gizli gündəm”i anlayır və həqiqəti tapmaqla heç bir əlaqəsi olmayan” nəticələr gəlməyə tələsmir.

Səudiyyə rəsmi mənbəyinə istinadən verilmiş gözəl bəyanatın nəzərdə tutduğu tədbirlər “Al Arabiya News Channel”-ın baş meneceri Turki əl-Dəxilin “Əl-Ərəbiyyə” saytında dərc olunmuş yazısında geniş açıqlanıb. Əl-Dəxil yazıb: “Sanksiyalarla bağlı Amerika təhdidlərinə cavab olaraq Səudiyyə Ərəbistanının bəyanatını oxudum. Səltənətdəki qərar qəbuledici dairələrdə dolaşan məlumatlar bəyanatda istifadə edilən çılpaq dildən kənara çıxır və Riyada sanksiyaların tətbiqi əleyhinə 30-dan çox potensial tədbir müzakirə olunub”.

Türki əl-Dəxilin məqaləsini oxuyan hər kəs anlayacaq ki, Səudiyyənin cavab vermək üçün çoxlu və qərarlı seçimləri tapa bilər. Üstəlik, bu mesajı: Xaşuqci işi və digər hallarla bağlı cəfəngiyat və şantaja son qoyun.

Kifayətdir!

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam