Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Aleksey Navalnı həbsdən çıxdı –Kremlin qarşısında etirazlar davam edəcək

Rusiya müxalifətinin aparıcı fiquru Aleksey Navalnı 3 həftədən sonra həbsdən buraxılıb. O, sentyabrın 24-də qanunsuz etirazın təşkilində ittiham olunaraq saxlanmışdı. Elə həmin gün 30 günlün həbsdən çıxmışdı, həmin cəzanı isə yanvardakı siyasi yürüşün təşkilinə görə çəkmişdi.

Yenixeber.org: 42 yaşlı siyasətçi azadlığa çıxan kim Kremlə qarşı etirazları davam etdirəcəyini bildirib.

“Həbsdə olduğum 50 gün ərzində bu rejimin çökməkdə olduğuna bir daha şahid olduq”, – o, “Frans Pres” agentliyinə deyib. “Bloomberg” yazır ki, Kreml elitasının bir məsələdən narahat olduğu bildirilir – Navalnı təqaüd yaşının artırılmasından dolayı Rusiyada geniş yayılmış narazılıqdan istifadə edəcəkmi. Təqaüd yaşının artırılması təklif olunandan bəri Prezident Vladimir Putinin reytinqi də düşüb.

Elə Navalnının ikinci dəfə saxlanmasının səbəbi də Putin hökumətinin pensiya islahatına qarşı yürüşlər idi. “Frans Pres”in yazmasına görə, tərəfdarları iki ardıcıl saxlanmadan sonra Navalnıya cinayət işi açılacağından, onun uzunmüddətli həbsə atılacağından narahatdırlar.

Elə Navalnı martda prezident seçkisinə barəsindəki məhkumluğa görə buraxılmadı, amma özü ittihamları uydurma adlandırırdı. Bu arada Kremlin Putinin 2024-cü ildə seçkiyə bir daha getməsinə yol açmağa çalışdığı da iddia olunur. Axı, konstitusiya bir nəfərin 3 dəfə ardıcıl prezident seçilməsini yasaqlayır.

Rusiya Konstitusiya Məhkəməsinin rəhbəri Valery Zorkin Kremlin ruporu olan “Rossiskaya Gazeta”da məqaləsində yazıb ki, 1993-cü ildə qəbul olunmuş Konstitusiya köhnəlib və ona bəzi incə dəyişikliklər lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam