Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Yerevan sammitinin iflası:“Bu təşkilat ölüdür”

 

Yerevan sammitinin iflası: “Bu təşkilat ölüdür”

Digər dövlətin 20 faiz ərazisini otuz ilə yaxın işğal altında saxlayan, Xocalı qətliamını törədən Ermənistanda dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) sammitinin keçirilməsi qərarının özü bir cəfəngiyyatdır. Ermənistan kimi dövlətin ərazisində bu cür tədbirin keçirilməsi təşkilatın təbliğ etdiyi dəyərlərlə və prinsiplərlə ciddi ziddiyyət təşkil edir.

Yenixeber.org: Bütün dünya sammit zamanı humanizm, sülh, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışı əvəzinə Fransa Prezidenti Emanuel Makron ilə təşkilatın Baş Katibi Mişel Jan qarşıdurmasının şahidi oldu. Qarşıdurma bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi və bölgüsü idi. Bu yalnız əslən Kanadadan olan Mişel Jan Makron qarşıdurması olmayaraq, eyni zamanda Makron və Kanada baş naziri Justin Tridönün ambisiyalarının toqquşmasıdır.

Müstəmləkə tarixi olan Fransa geosiyasi maraqlarının ifadəsi olan Frankofoniya təşkilatına nəzarətində olmayan və tam idarə edə bilmədiyi bir şəxsin rəhbərlik etməsini qəbul edə bilməzdi.

Sənaye dövləti olan Kanada da Frankofoniya vasitəsilə xüsusən Afrika ölkələrində nüfuzunu artırmaq və qitənin təbii sərvətlərinə daha geniş çıxış imkanları əldə etmək kimi məqsədlər güdür.

Diplomatiya tarixində görünməyən hadisə: Təşkilatın baş katibi zirvə toplantısının keçirildiyi gün bu təşkilatın ölü halda olduğu barəsində rəsmi twitter hesabından açıqlama etdi.

E. Makron ilə təşkilatın Baş Katibi M. Janın çıxışları arasında konseptual fərqlər var idi.

Təşkilatın Baş Katibi M. Jan yenidən bu posta seçkilərdə Fransa tərəfinin dəstəyinin ala bilmədiyinə görə İrəvandakı Sammitin açılışı zamanı çıxışında təşkilat barədə tənqidi açıqlamar verdi: “Biz qəbul etməyə hazırıq ki, beynəlxalq təşkilatlar şəxsi məqsədlərə xidmət edir. Biz qəbul etməyə hazırıq ki, realpolitika, dövlətlər arasında xırda anlaşmalar və ya şəxsi maraqlar naminə “demokratiya”, hüquqlar” və “azadlıqlar” kimi anlayışlar yalnız mənası çıxarılmış sadə sözlər səviyyəsinə endirilsin. Biz hazırıq ki, qısamüddətli eqoizm, beynəlxalq əməkdaşlığa yalnız mənfəət nəzər nöqtəsindən yanaşma, quldur sərmayə və ya korrupsiya həmrəylik, həqiqi qarşılıqlı tərəfdaşlıq tələblərini üstələsin? Özümüzə deməliyik ki, hərəkətsizlik, gecikmə və kompromis regresin bir növüdür, çünki dəyərləri və prinsipləri aldadan (xəyanət edən) təşkilat artıq ölümcül haldadır”.

Təşkilatın indiki baş katibini nüfuzdan salmaq üçün dezinformasiya və propaqanda üzrə ixtisaslaşmış fransız mediası baş katibi təşkilatın vəsaitlərini şəxsi məqsədlər üçün istifadə etməkdə, 500.000 avro xərcləyərək iqamətgahını təmir etdirdiyini, xarici səfərlərdə çoxlu pullar xərclədiyi barəsində yazdı.

Sammitin Yerevanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan və zalda oturan Ermənistan rəhbərliyi üçün Frankofoniya Təşkilatı barədə bu cür sözləri eşitmək o qədər də xoş deyildir. Təşkilata yeni üzv olan Ermənistan bu təşkilat vasitəsilə öz nüfuzunu artırmaq və Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir platformada üzvlüyünə və qarşıdan gələn sədrliyinə qarşı imkan əldə etməyə çalışırdı.

Fransa BFT-dən öz maraqları naminə istifadə edir. Belə ki, BFT-nin aparıcı (bəlkə də ən əsas) qüvvəsi olan Fransa təşkilatın yeni Baş Katibi vəzifəsinə Ruandanın xarici işlər nazirinin namizədliyini dəstəkləyir. Bu addım Fransanın Ruandaya jesti kimi qiymətləndirilir. 1994-cü ildə Ruandada soyqırımı həyata keçirmiş dəstələrin (Hutu-Tutsi qarşıdurması, 800 000 qurban) rəhbərlərinin Fransa tərəfindən dəstəklənməsi barədə məlumatlar var idi. Fransanın keçmiş Prezidenti N. Sarkozi Ruandada səfərdə olarkən ölkəsinin bu soyqırımıda rolunu üstüörtülü də olsa qəbul etmişdi. Məhz buna görə illərlə Fransa ilə Ruanda arasındakı əlaqələr dondurulmuş vəziyyətdə olmuşdu. Ruandada məlum hadisələrdən sonra 2008-ci ildə rəsmi təhsil dili kimi fransız dili yerinə ingilis dili elan olunmuşdur və Birləşmik Krallıq ilə heç bir xüsusi tarixi bağlılığı olmayan Ruanda British Commonwealth-in üzvü olmuşdur.

Afrika İttifaqı çərçivəsində Ruandanın xarici işlər nazirinin namizədliyinə o qədər də xoş baxmasalar da, Fransanın sözündən çıxa bilmirlər. Belə ki, rəsmi təhsil dilini fransızdan ingilisə dəyişmiş bir ölkənin xarici işlər nazirinin “fransız dili amili” üzərində qurulmuş təşkilata necə başçılıq edəcəyi suallar doğurur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam