Redaktor seçimi
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Günün xəbəri

NƏVƏ XOMEYNİNİN İRANDAN “QAÇIŞI”NIN SƏBƏBİ NƏDİR? –Varis siyahısında yeni adlar var - TƏHLİL

Əziz Rzazadə

 

 

Sentyabrın 25-də İran mətbuatı xəbər verib ki, İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsi Əli Xomeyni Qumdakı mədrəsəni tərk edərək Nəcəfə köçür. Bundan sonra transferin səbəbləri, xüsusilə Qumda geniş tanınan nəvə Xomeyninin qəfil gedişi ilə bağlı suallar və ehtimallar baş qaldırıb.

Yenixeber.org: Baba Xomeyni şaha qarşı möhtəşəm inqilabını məhz Qumdan başlayıb. Odur ki, başsındıran suallar da bu fakta söykənir: onun nəvəsinin gedişi fiqhi və ya siyasi-ictimai baxışlarındakı fərqlərlə bağlıdır?

İrandan sürgün olunduğu dövründə (şah və Səddam çağı) təxminən 15 il Nəcəfdə yaşamış Ayətullah Xomeyni bir çox məşhur kitablarını, o cümlədən “Vilayəti-fəqih” üsul-idarəsinə dair əsərlərini Nəcəfdə yazıb və İrandakı hərəkata gizlicə rəhbərlik edib.

İndi nəvə Xomeyni eyni yolu davam etdirirmi?

Son məlumatlara görə, İran hökumətinin rəsmi dəstəyi ilə, Tehrandakı “Xomeyni müəssisəsi” – Xomeyninin əsərlərinin tərtibi və nəşri ilə məşğul olan institut Nəcəfdə gənc Seyyid Əlinin evini təmir edib və tezliklə onun bu məkandan tədris fəaliyyətinə başlayacağı gözlənilir. Müəllimi Məhəmməd Rza Naini isə Xomeyninin Nəcəfə köçünün səbəbini belə açıqlayıb: “Nəcəf Qumdan daha geniş tədris potensialı təklif edir, xüsusilə də bilik istəyənlər üçün…”

33 yaşlı Əli Xomeyni atasının “sağ əli” sayılan mərhum Seyyid Əhməd Xomeyinin oğludur. Əhməd Xomeyni 1995-ci ildə vəfat edib. Bundan sonrakı dövrdə Xomeyni nəslinin statusunda ciddi dəyişiklik olub. Ailənin davamçı üzvlərinə əsasən mənfi münasibət mövcuddur. Nisbətən ön sırada olan Həsən Xomeyni hazırda babasının ziyarətgahına məsuldur. Lakin onun “islahatçı” adlandırılan qanadla, xüsusilə sabiq prezident Məhəmməd Xatəmi ilə siyasi baxış yaxınlığı və qohumluq əlaqələri hakim mühafizəkar elitada qıcıqla qarşılanır.

Seyyid Əli Xomeyni fərqli mövqeyə sahibdir. O, Nəcəf mədrəsəsində aparıcı din xadimi olan Ayətullahül-üzma Seyyid Əli Sistani ilə ailə bağlarına malikdir. Belə ki Sistaninin kürəkəni Cavad Şəhristaninin qızı, yəni Sistaninin nəvəsi ilə evlənib.

Şiə idarəçilik ənənəsində ailə bağları əhəmiyyətli məsələdir. Buna görə də, siyasi müzakirələrdə iştirak etməyən nəvə-Xomeyninin Nəcəfə köçü hər iki cinahda xeyli ehtimal doğurub.

Hazırda reformist düşərgə “Vilayət-e fəqih” kimi tanınan dini-siyasi doktrina əsasında Ali Liderin qəyyumluq rolunu azaltmağa, hətta məhdudlaşdırmağa çalışır. Nəcəf məktəbi də bu doktrinanın dəstəkçisi deyil və İrandan fərqli olaraq, İraqda dünyəvi rejimin saxlanılmasına hər zaman dayaq olur.

İran islahatçıları Ayətullah Sistaninin 2003-cü ildən sonra İraqda cərəyan edən hadisələrə tərəfsiz hakim kimi müdaxiləsini həmişə alqışlayıblar. Hətta “əl-Monitor” nəşrinin yazdığı kimi, reformistlər bunu İranda dini rejimi dəyişdirmək üçün ilham qaynağı olaraq görürlər.

“Ayətullah Sistaninin hökmləri İrandakı reformistlər tərəfindən yaxşı başa düşülür”. Bunu İranın qadınlar və ailə işləri üzrə vitse-prezidenti Məsumə Ebtekar hələ 2005-ci ildə “New Perspectives Quarterly” nəşrinə demişdi. Ebtekarın sözlərinə bənzər açıqlamaları digər islahatçılar da səsləndirib. Lakin onlar da bilməmiş deyil ki, idarəçiliklə məsafə saxladığı, İraqda “Vilayəti-fəqih” doktrinası olmadığı halda belə, Nəcəf məktəbi və əlbəttə, Ayətullah Sistaninin özü siyasi tərəzidə gözlərdən birini əlavə çəki daşı kimi ağırlaşdırır. Son seçkilərdən sonra İraq hökuməti və parlamentinin sabiq rəhbərlərinə çəkilən sədd buna sübutdur.

Nəticədə, Bağdaddakı mərkəzi hakimiyyətin hər iki qanadında yeni simalar peyda olub.

Əli Xomeyni xam xəyallara qapılmış islahatçılarla eyni baxışları bölüşmür. Onun köçü ilə bağlı ağlabatan ehtimal dini statusunu artırmaq niyyətidir. Bunun xeyli vaxtdır möhtəkirlik mövzusu olan Xamnəinin gələcək varis məsələsi ilə bağlılığı mümkündür.

Doğrudur, bu məqama layiq bilinən başqa bir ruhani var – Məsləhət Şurasının sədri Ayətullah Şahrudi. Lakin onun bir müddət əvvəl Almaniyada xərçəng xəstəliyindən müalicə olunması barədə xəbərlər şəxsi nüfuzunu zədələyib.

Bununla belə, Nəcəfdə doğulmuş Şahrudi İraqda geniş tanınan simadır və onun Nəcəfdəki ofisi fəaliyyətini artırmaqla, varislik iddiasının əsaslı olduğuna ehtimal saxlayır.

Şahrudi ilə bərabər, gələcək varis kimi, başqa bir ad da söylənir – Ayətullah Seyyid Məhəmməd Mehdi Mir Baqiri. Onun Tehranın imam-cüməsi təyin ediləcəyi barədə şayiələr çoxdan dolaşmaqdadır (Özü bu şayiəni təkzib edib və təyinatı hələ də olmayıb).

İslam Elmləri Akademiyasına rəhbərlik edən Mir Baqeri Ramazan ayı boyunca hər Cümə günü İran televiziyasında moizələri ilə görünüb. Buna qədər Mir Baqiri siyasi sahədə Mahmud Əhmədinejadın ikinci prezidentlik dövründə xüsusilə fəal olub, lakin onunla özü arasında məsafə saxlayıb.

Maraqlı budur ki, 2015-ci ilin əvvəlində İrana yollanmış Aleksandr Dugin İslam Elmləri Akademiyasına da baş çəkib və Mir Baqiri ilə görüşüb. Həmin görüşdə Qərbi “şeytanın evi” adlandıran Dugin İranı “milli dəyər və ənənələrə qayıdışda model ölkə” adlandırıb.

2016-cı ildəki bir çıxışı ilə İran siyasətində ilk qərarlı addımını atan mühafizəkar qanadın təmsilçisi kimi, Mir Baqiri  2017-ci ildə İbrahim Rəisini dəstəkləyib. Onu indidən İran siyasətinin “Troya atı” sayılan Ayətullah Misbah Yəzdinin xələfi sayırlar. Yəzdinin özü isə Mir Baqirini “çağın dühası” adlandırır.(Strateq.az)

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?