Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

BİR MİLYON DOLLARLIQ BORC, YOXSA SİYASİ AMBİSİYA?-Nikki Heylinin qəfil istefasının əsl səbəbi nədir?

“News.ru”, (Rusiya)

 

Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin qəfil istefası ətrafında aktiv müzakirələr başlayıb. Prezident Donald Tramp istefa qərarından təəccüblənmədiyini və Heylinin bu barədə onu hələ 6 ay əvvəl xəbərdar etdiyini desə də, mətbuat fərqli versiyaları gündəmə gətirir. Bunların arasında Heylinin siyasi ambisiyaları da var, maliyyə problemləri də…

Yenixeber.org: Nikki Heyli Trampın siyasətinin əleyhdarlarından deyildi, əksinə, onun komandasında stabilləşdirici fiqur kimi tanınırdı.

Corc Buşun prezidentliyi dövründə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postunu tutan Con Neqroponte xanım Heylinin gedişini maliyyə səbəbləri ilə əlaqələndirir. CNN-ə müsahibəsində Neqroponte bu versiyanı real hesab edib.

Nikki Heylinin təqdim etdiyi maliyyə hesabatları bu versiyanın mümkünlüyünü istisna etmir. Həmin sənədlərə görə, diplomat və ailəsinin ən azı 1 milyon dollarlıq ipoteka borcu var var.

Bundan başqa, CNN qeyd edir ki, Nikki Heylinin qızı hazırda kollecdə oxuyur, oğlu isə kollecə hazırlaşır. Bunun üçün də Heyliyə maliyyə vəsaiti lazımdır. Maliyyə sıxıntılarına görə, diplomatın yaxın çevrəsindəki bəzi şəxslərin ona analitik mərkəzlərdə işləməyəi və ya konsaltinq xidməti göstərməyi təklif etdiyi bildirilir.

Nikki Heyliyə qarşı korrupsiya iddiaları da olub. “Citizens for Responsibility and Ethics in Washington” (CREW)təşkilatı xanım diplomatın federal qanunları pozub-pozmadığını araşdırmağa çağırıb.

Təşkilatdan ABŞ Dövlət Departamentinin baş müvəkkilinə ünvanlanan məktubda bildirilir ki, Nikki Heylinin həyat yoldaşı ilə birgə həyata keçirdiyi bahalı uçuşların arxasında sponsor dəstəyi ola bilər.

Belə ki, Heylinin təxminən 7 şəxsi uçuşu (Nyu-York və Vaşinqtondan Cənubi Karolina ştatına) amerikalı sahibkar Cimmi Gibbs (“Gibbs International”ın sahibi) və “Cox Industries” şirkətinin rəhbəri Mikki Conson tərəfindən ödənilib.

Məktub müəllifi ehtimal edir ki, biznesmenlərin diplomatın uçuş xərclərini ödəmələri Nikki Heyliyə yolverilməz hədiyyələrin edildiyi qənaətini yaradır

Nikki Heylinin BMT-dən gedişinin başqa bir səbəbinin siyasi ambisiya ilə bağlı olduğu deyilir.

Heylinin keçmiş siyasi silahdaşı Rob Qodfri bildirir ki, BMT-dəki daimi nümayəndə postunu tutmaqla xanım diplomatın onsuz da yüksək olan statusu bir qədər də artdı: “Ola bilsin ki, Heyli Cənubi Karolinanın senatoru postunu tutacaq. Hazırda bu vəzifəni Lindsi Qrem (Rusiyaya qarşı sərt iqtisadi sanksiyaların əsas müəlliflərindən biri) icra edir. Lakin uzun müddətdir Vaşinqtonda prokurop Ceff Seşnsın istefası müzakirə olunur. Onun yerinə isə Lindsi Qremin gəlməsi gözlənilir. Əgər Qrem baş prokuror olarsa, Cənubi Karolinanın qubernatoru Henri Makmaster Qremə Senatda əvəzedici tapmalı və həmin şəxs 2020-dək bu vəzifəni tutmalıdır”.

Bəzi müşahidəçilərə görə isə Nikki Heyli növbəti prezident seçkilərində namizəd olacaq. Bunun üçün onun bütün şansları var. Birincisi, “Rusiya işi” üzrə araşdırmada Heylinin adı keçmir. İkincisi, bu ilin aprelində keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, respondentlərin 63 faizi ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin faəliyyətindən razıdır.

İndi əsas məsələ Heylinin kürsüsünü kimin tutacağı yox, həm respublikaçıların, həm də demokratların əksəriyyətinin dəstəklədiyi bu “qiymətli aktiv”in Tramp administrasiyasının əlində qalıb-qalmayacağıdır…

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam