Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Erməni təxribatına qarşı etiraz böyüyür: onlayn kampaniya başlanıldı

ABŞ-da yaşayan soydaşlarımız məktubu imzalayaraq administrativ orqanlara göndərəcəklər.

Yenixeber.org: Amerika Azərbaycan Şəbəkəsi (US Azeris Network) Kaliforniya Ştatının Qlendeyl şəhərindəki məşhur Merilend prospektinin adının dəyişdirilərək “Arsax” adlandırılmasına etiraz olaraq Birləşmiş Ştatlarda məktub kampaniyasına başlayıb.

Kampaniya onlayn formada keçiriləcək və ABŞ-da yaşayan soydaşlarımız məktubu imzalayaraq müvafiq qanunverici və administrativ səlahiyyətli orqanlara göndərəcəklər.

Məktubda oktyabrın 2-də Qlendeyl şəhər şurası Merilend prospektinin adını dəyişərək “Arsax” adlandırıb.

Bildirilir ki, etnik cəmiyyətlərin küçə, bina və təşkilatların adlandırılması üçün müraciəti başadüşüləndir, amma bu addım erməni-amerikan icmasının mövcudluğunu deyil, Azərbaycan torpaqlarının işğalı faktını əks etdirdiyi deyilir.

Məktubda Qlendeyldə artıq ermənilərin Ermənistanla yaxınlığını əks etdirən çox sayda küçə, rayon adlarının olduğu xatırladılır və diqqətə çatdırılır ki, məşhur prospektə "Arsax" adının verilməsi Azərbycan torpaqlarında qondarma rejim quran Ermənistan dövlətinin işğalına dəstək cəhdidir.

Məktubda azərbaycanlıların Ermənistan ordusu və millətçiləri tərəfindən zorla evlərindən çıxarılması faktı da vurğulanır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam