Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Zatulin və onun kimilər hər üsulla çalışırlar ki... - Əflatun Amaşov

Zatulin və onun kimilər hər üsulla çalışırlar ki... - Əflatun Amaşov

“Konstantin Zatulin hər zaman anti-Azərbaycan mövqeyi ilə seçilib. Bu mövqeyə daha çox erməni lobbiçiliyi də demək mümkündür. O, yenə də öz ampluasındadır və sərsəmləmələrini davam etdirməkdədir”.

 

Yenixeber.org: Bunu deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin bu günlərdə Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Ə.Amaşov bildirib ki, K.Zatulinin “Dağlıq Qarabağda hərbi əməliyyatlar başlasa, guya bu, Azərbaycanın dağılmasına səbəb olar” kimi fikirləri siyasi avantürizmin cəfəng məhsuludur:

“Məlumdur ki, Zatulinin açıqlamalarının Azərbaycanın ictimai rəyinə heç bir təsiri yoxdur. Onun özü də bunu gözəl bilir. Üstəlik, bu açıqlamalar Rusiyanın dövlət siyasətinə ziddir. Əsas məqam isə bundadır ki, Zatulin hər zaman Ermənistan üçün gərgin siyasi durumlarda meydana çıxır. İndi də öz aləmində işğalçı ölkənin ictimai rəyinə hesablanmış şəkildə danışır. Bir növ, erməni cəmiyyətində müharibə qorxusunun yaratdığı psixozu aradan qaldırmaq istəyir. O da məlumdur ki, bu psixoz 2016-cı ilin aprel müharibəsi ilə daha da dərinləşib. Aprel müharibəsi bir sıra erməni və ermənipərəst ideoloqların Qarabağ münaqişəsi ilə bağlı gözləntilərini, senarilərini heçə endirdi. Müharibədə Azərbaycanın əsasən o nəsil övladları döyüşdülər ki, onlar Qarabağı görməyiblər. Ancaq məlum oldu ki, yeni nəsil Qarabağı unutmur. Bu cəhət erməniləri ayıltdı. Ona görə də Zatulin və onun kimilər hər üsulla çalışırlar ki, Ermənistan cəmiyyətindəki qorxu ab-havasını aradan qaldırsınlar. Sərsəmləmələri də bununla bağlıdır”.

Deputat əlavə edib ki, Azərbaycan sülh danışıqlarına sadiqliyini daim nümayiş etdirməkdədir: “Əgər yenidən müharibə başlasa, bu, heç bir halda ölkəmizin danışıqlar prosesini pozması kontekstində dəyərləndiriləcək hadisə olmayacaq. Zatulin də bunu və müharibənin hansı ölkə üçün fəlakət ola biləcəyini çox gözəl anlayır”.

K.Zatulinin Azərbaycanın siyasətinin heç də sənədlərdə əksini tapdığı kimi olmaması ilə bağlı fikirlərinə gəlincə isə Ə.Amaşov vurğulayıb: “Bəli, Azərbaycanın gücü və qüdrəti Zatulin kimi erməni havadarlarının əllərindəki sənədlərdə əks olunduğundan qat-qat artıqdır. Bu mənada, ölkəmizin yeritdiyi siyasətdən də baş çıxara bilməzlər. Buna görə də danışıqlar prosesi barədə qeyri-müəyyənlik yaratmaq yolu tuturlar. Əlbəttə, heç bir halda reallıq Zatulinin və ya qeyr- ermənipərəstin ictimai rəyi yoxlamaq üçün ortaya atdığı avantürist baxışlarla səsləşmir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam