Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

PUTİNİN REYTİNQİNİ BALTALAYAN İSLAHAT:Pensiya yaşını 65-ə yüksəltmək - kişilər üçün ölüm hökmüdür

Andrey Movçan

“Project Syndicate”

 

Müasir Rusiya heç vaxt lazımi pensiya sisteminə malik olmayıb. Sovet İttifaqından ona çox aşağı – qadınlar və kişilər üçün müvafiq olaraq 55 və 60 pensiya yaşı və dövlət maliyyələşdirilməsi üçün cüzi qaynaqlar miras alıb. Lakin prezident Vladimir Putinin və Dumanın (parlamentin) pensiya yaşını yüksəltmə ilə bağlı son qərarı bu müşkülü həll etmək əvəzinə, daha ciddi problemlər yarada bilər.

Yenixeber.org: 1991-ci ildən etibarən ən azı altı fərqli pensiya islahatı həyata keçirilib və onların hər biri digərinə ziddir. Hökumət fərdi pensiya fondlarının yaranmasına kömək etməyə çalışdıqda, yeni fondlar kütləvi fırıldaqçılıq nəticəsində qısa zamanda iflas edib.

Bir sözlə, bütün islahatlar çox az fərqli nəticələrə gətirib-çıxarıb.

Pensiya yaşını artırmaq (qadınlar üçün 60, kişilər üçün isə 65) maliyyə çatışmazlığını malalamaqdan ötrü sadə bir yol kimi görünür. Lakin bu, Putinin etimad reytinqini bahardan bu yana ən azı on faiz azaldıb – 2014-cü ildə Krımın ilhaqından bəri möhtəşəm populyarlıq əriyib.

Dəyişiklik ciddi müxalifət doğurub. Rus kişilərinin orta ömür həddi 67 yaş olduğu halda, pensiya yaşını 65-ə yüksəltmək – kişilər barədə ölüm hökmünün çıxarılması deməkdir (Rus qadınları daha uzunömürlüdür, ən azı spirtli içkiləri daha az içdikləri üçün; yeni sistemdə, qlobal standartlara əsasən, onlar nisbətən yaxşı vəziyyətdirlər).

İslahat hökumətin pensiya fonduna subsidiyaları, dövlət büdcəsinin xərclər bölməsini azaltmaq məqsədi daşıyır. Ancaq Pensiya Fondunda kütləvi kəsir olduğu halda, dövlət büdcəsinin subsidiyaları ümumi konsolidə edilmiş büdcənin 10%-dən azını təşkil edir, yəni hər il neft qiymətlərində dəyişikliklərin yaratdığı dalğalanma səviyyəsindən də az. Odur ki, təqaüdlərin subsidiyasına əlavə 30 milyard dollar xərcləmək böyük problem olmamalıdır.

Əsas problem budur ki, yüksək pensiya yaşının əmək bazarına təsiri necə olacaq. Yaşlı işçilər daha uzun müddət işdə qalacaqsa, gənc işçilər bir çox sahələrdə iş tapmaqda çətinlik çəkəcək. Gənc işçiləri seçən şirkətlər (demək ki, onlar qabaqcıl və ya sürətli dəyişən sənayedə fəaliyyət göstərdiklərindən) yaşlı işçilərə qarşı ayrı-seçkiliyə görə cərimələrin qarşısını almaq üçün əmək müfəttişlərinə rüşvət verməyə həvəsli ola bilər.

Bunun əvəzinə, Rusiya liderləri, ölkələrinin üzləşdiyi real problemin yaşlı əhali olduğunu qəbul etməlidirlər. Pensiya Fondu sabit olsaydı, elə bu yanaşmaya əsasən, 2028-ci ildə pensiya yaşı 5 ildə artmalıdır. Əgər Rusiya iqtisadiyyatı gözlənildiyi kimi durğun qalırsa (hazırda pensiya vergisi artıq 22%-dir), Fondun maliyyələşdirmə səviyyəsini sabit saxlamaq üçün beş il ərzində vergi də artacaq.

Maliyyələşdirmə kəsirinə daha sabit yanaşma, Rusiyanın 100 mindən çox işçisi və ölkənin hər künc-bucağında minlərlə şöbəsi olan çox bahalı Pensiya Fondunun idarə edilməsinin təkmilləşdirilməsinə yönəlib. Əslində, Fondun çatışmazlıqlarının əksəri əməliyyatların sadələşdirilməsi və səmərəli xərclərlə aradan qaldırıla bilər.

Vəsait, həmçinin, hazırda 45 yaşında təqaüdə çıxan təhlükəsizlik xidməti üzvləri, yəni “xüsusi kateqoriya”nın pensiya pullarının yenidən bölüşdürülməsi ilə də tapıla bilər. Rusiyada rəsmilər yalnız daha tez təqaüdə çıxmaq hüququna malik deyil; onlar həm də say baxımından digər vətəndaşlardan 2-3 dəfə çoxdur.

Rusiyanın pensiya problemlərini həll etmək üçün uzun islahat – sabit qatqı sxemidir və o, 2002-ci ildə gerçəkləşdirilib. 2009-cu ildə dövlətin və fərdlərin məhdud müddət üçün könüllü töhfələri hesabına birgə maliyyələşdirmə sxemi tətbiq edilib. Lakin 2013-cü ildə sabit qatqı təcrübəsi birdən-birə dayandırılıb.

Aydın məsələdir ki, Rusiya hökuməti sadəcə sistemin sağlam maliyyə dayağını yaratmaq yerinə, pensiya xərclərini azaltmaqla, səmərəsiz islahat keçirib, ictimai dəstəyi fəda edir. Cavab, yəqin ki, Rusiya rəhbərliyinin idarəçiliyə yanaşmasındadır və o hələ də sovet tipli mərkəzləşdirilmiş nəzarətə üstünlük verir.

Rusiyanın hakim elitası milyonlarla təqaüdçüyə ödənişləri kəsərək, fərdi seçimlərə, özəl sistemin ortaya çıxmasına icazə verməyəcək. Rusiyanın kroni-kapitalist iqtisadi modeli böyük miqyaslı meqa-layihələrlə, onlarla Ailəyə böyük gəlir gətirir.

Görünür, artıq Rusiyanın yeni aristokrasiyasının iştahasını “küsdürmək” üçün təqaüdçülərin “fədakarlıq” etmə növbəsi yetişib. Pensiya yaşını artırmaqla Pensiya Fondu qurtulmayacaq, çünki hökumət Putinin acgöz çevrəsini doydurmaq üçün büdcə xərclərini daha çox azaldacaq.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam