Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

NATO-nun baş katibi:"Gürcüstan bir gün alyansa qoşulacaq"

NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, Gürcüstan bir gün alyansa qoşulacaq.

Yenixeber.org: Stoltenberg oktyabrın 3-də alyansın və Gürcüstanın müdafiə nazirlərinin görüşündən sonra bu münasibətlə bildirib ki, “NATO-nun qapıları Tbilisi üçün açıq qalır”.

NATO 2008-ci ildə Buxarestdə keçirilən sammitində bildirmişdi ki, Gürcüstan son nəticədə alyansın üzvü olacaq. Lakin Gürcüstanın üzvlüyə qəbulu barədə dəqiq tarix bildirilməmişdi. Bundan sonra alyans bütün sammitlərində Gürcüstanı üzvlüyə qəbul etmək niyyətini dəfələrlə təkrar edib.

Stoltenberg deyib ki, NATO müttəfiqləri Gürcüstanın, xüsusilə də daha səmərəli təhlükəsizlik və müdafiə təsisatları yaratmaq sahəsində islahatları həyata keçirməkdə davam etməsindən razıdırlar.

NATO rəhbəri alyansın Gürcüstanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib və Rusiyanı Gürcüstandan ayrılmış Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasına son qoymağa, öz qüvvələrini Gürcüstan ərazisindən çəkməyə çağırıb.

3, 7 milyonluq əhalisi olan Gürcüstanla Rusiya arasında 2008-ci ildə baş vermis qısa müharibə onun Abxaziya və Cənubi Osetiya bölgələrinin ölkədən qoparılması ilə nəticələnib.

Bu müharibədən sonra Rusiya Gürcüstanın separatçı bölgələrində minlərlə əsgəri qüvvədən ibarət qoşunlarını saxlamaqda davam edir. Rusiya və Gürcüstan arasında müharibənin başa çatmasının onuncu ildömnümündə Rusiyanın baş naziri Dmirtri Medvedev deyib ki, Gürcüstanın NATO-ya qoşulması daha dəhşətli  yeni münaqişənin başlanmasına səbəb ola bilər.

(Azadlıq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam