Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İrəvanda məxməri inqilabın ikinci dalğası:Ermənistan dünyanın siyasi xəritəsindən silinə bilər – Təhlil

Stanislav Tarasov

regnum.ru, 03.10.2018

 

Yenixeber.org: “İnqilabın ikinci dalğası” Ermənistanı basıb. Paytaxtdakı zahiri hadisələr sovet filmlərinin çoxunun gətirdiyi quruluşu yada salır: küçələrə səpələnmiş adamlar parlamenti çevrəyə alır, rəhbər hökumətə ultimatum təqdim edir.

Mən parlament spikerinin bütün fraksiyaların təmsilçilərinin olduğu kabinetinə qalxdım, – Ermənistan baş naziri Nikol Paşinyan mitinqçilərə nağıl edib. – Biz etiraf etdik: ölkədə önlənməsi gərəkən siyasi böhran var. Fraksiya təmsilçiləri də bununla razılaşdılar. Yol hansıdır? Mən ən yaxın günlərdə baş nazir postundan istefa verməliyəm. Və mən ümid edirəm ki, ERP, EİFD və “Sarukyan” durumu kəskinləşdirməyəcək. Onlar nəzəri olaraq öz namizədlərini irəli sürə və baş nazir seçə bilərlər. Amma başa düşməlidirlər ki, yumşaq deyilsə, bu, mənfi reaksiya doğuracaq, ağıllı ssenari olmayacaq. Mən habelə işarə vurdum: hesab edirəm ki, istefa günümün göstərildiyi sənədi imzalasaq, düzgün olar, onlar baş nazirliyə öz namizədlərini irəli sürməyəcəklər, nəticədə dekabrda Milli Məclisə erkən seçkilər olacaq. Variant olarsa, parlament fraksiyaları təmsilçiləri sonradan dəqiqləşdirəcəklər. Bəlkə də, məna bundadır ki, onlar göstərdilər: mahiyyətcə, xalqın ismarıcını qəbul edir, buna sayğıyla yanaşırlar, fraksiyaların üçü də qeyd edib ki, baş nazirliyə namizəd irəli sürməyə hazırlaşmırlar. Siyasi böhranın qarşısını almaqda yalnız bir yol var – erkən parlament seçkilərinin keçirilməsi, bu, vətəndaş tələbidir”.

Əlbəttə, gələcək tarixçilər Ermənistanda hadisələrin indiki gedişini diqqətlə araşdıracaq, indiki olduqca kəskin siyasi böhranın səbəblərini üzə çıxaracaq, sıxılandan sonra respublikada durumu belə sürətlə qarışdıran buraxılış cəftəsini aşkarlamağa cəhd edəcəklər. Bizsə indi zahiri, ola bilsin, bir qədər səthi müşahidələrimizi bölüşəcəyik. Paşinyan hakimiyyətə kütlənin çiynində gəlib, gücünün azlıqda olduğu parlamenti özünün hökumət başçısı təyin edilməyinə səs verməyə vadar edib. İkihakimiyyətlilik belə formalaşıb: meydanda qeyri-formal hakimiyyət mərkəzi və çoxluğun respublikaçılarda olduğu parlament. Bununla da siyasi böhranın növbəti mərhələsi aşkarlanıb (birincisini Serj Sərkisyanın istefasına səbəb olmuş 23 aprel küçə etirazlarını sayırıq). Aydın idi ki, yeni hakimiyyət modeli müvəqqəti xarakterə malikdir, amma durumun tam iflasına yol verməmək üçün bütün siyasi proseslər Ermənistanın qüvvədə olan Konstitusiyası çərçivəsində hərəkətlənib və davam etməkdədir.

Fəaliyyətin sonrakı alqoritmi Paşinyanın da elan etdiyi erkən parlament seçkilərini nəzərdə tutur, düzdür, əvvəlcə təklif edib ki, bu, 2019-un may-iyununda keçirilsin. Amma baş nazirin başçılıq etdiyi “Vətəndaş müqaviləsi” partiyasının daxil olduğu seçkiöncəsi “Mənim addımım” bloku İrəvan ağsaqqallar şurasına (şəhər soveti) seçkilərdə 81,06% səs toplayaraq qalib gələndə aydın olub ki, paytaxt fəth edilib və davam etmək lazımdır. Yəni erkən parlament seçkilərinin müddətini yaxınlaşdırmaq gərəkdir. Belə də edilib. Paşinyan bildirib ki, seçkilər artıq 2018-in dekabrında baş tutmalıdır. Ermənistan parlamenti məhz bu durumda “Milli Məclisin reqlamenti haqda” qanunda dəyişikliklər edilməsi haqda qanun layihəsi qəbul edib – qanunverici qurumun işini dayandırmamaq üçün hətta baş nazir istefa verəcəyi halda işinin davam etdirilməsi nəzərdə tutulur. Hökumət başçısı bu aksiyanı “əks-inqilabın startı” kimi dəyərləndirərək respublikaçıları ölkənin siyasi meydanından yox etməyi tələb edib və tərəfdarlarını küçələrə çıxaraq Milli Məclisi mühasirəyə almağa çağırıb. Sonra nə olub, məlumdur. Amma bundan sonra nə olacaq?

Bütün əlamətlərə əsasən, Paşinyanın partiyası dekabrda qələbə çalardı ki, bu da baş nazirin hakimiyyətini Konstitusiya baxımından legitimləşdirərdi. Parlament çoxluğu meydana çıxardı. Amma Paşinyan bu andan Ermənistanın taleyinə, dövlətçiliyinin saxlanmasına görə tam siyasi məsuliyyət daşıyacaq, bunun üçün onun etirazçıların liderindən idarəçiyə və dövlətçiyə tranzit etməyi gərəkdir. Ancaq kütlənin özəlliyi bundan ibarətdir ki, prinsipcə dövləti asanlıqla sındırmağa qabildir. Ancaq  kütlə onu yönəltməyi bacarmır. Praktika, o cümlədən inqilabi praktika göstərir ki, “böyük gözləntilərin” nəhəng dalğasında məmurları kabinetlərdən qovmaq mümkündür. Amma stixiyanı konstruktiv  məcraya yönəltmək xeyli çətindir. Küçə inqilabçıları yetərincə idarəçilik vərdişlərinə malik deyillər və vədlərin yerinə yetirilməsi üçün kifayət qədər resursları yoxdur. Baş nazir bu yolda ciddi problemlərlə üzləşməli, balans və güzəştlər aramaq sənəti sərgiləməli, üfüqi və şaquli icra və qanunvericilik qurmalı olacaq.

Ya da “inqilabi kanonlar”la ölkənin siyasi meydanını təmizləməyi, cəmiyyətdə qarşıdurmanın yüksək dərəcəsini qızışdırmağı, siyasi rəqibləri əzmək üçün öz tərəfdarlarını daimi səfərbərlikdə saxlamaqdan yana mübarizə alovunu körükləməyi davam etdirəcək. Hələ iqtisadiyyat, adamların gündəlik yaşayışını təmin etmək də var… Nəhayət, Paşinyan bu gün uduzan, sabah isə yeni hökumətinn səhvlərindən faydalanıb faktiki olaraq keçid dövründə hələ öz peşəkarlığını göstərməkləri qarşıda duran adamların hakimiyyət kabinetlərinə düşdüyü bir şəraitdə durumun səbatsızlığında oynamağa cəhd edə biləsi Ermənistan siyasətinin veterenları ilə nə edəcək? O, Stepanakertin (Xankəndi-red.) yeni erməni eyniyyətinin simvolu olduğu zamanda Dağlıq Qarabağ münaqişəsi kimi “miras”ın qeydinə necə qalacaq? İrəvanın bu yöndə səhvləri bütün Ermənistanı dünyanın siyasi xəritəsindən silə bilər.

Moskvaya gəlincə, İrəvandakı indiki böhranı hesablayıb. Moskva Ermənistanın yeni hökumətinin anarxist mitinq stixiyasını durdurmağa, yaradıcı məcraya yönəltməyə, qarşı-qarşıya duran düşərgələrin mövqelərinin radikallaşmasını aşağı salmağa və siyasi prosesi normal məcraya yönəltməyə qabil olduğunu güman edərək təmkinli, emosiyasız reaksiya verir.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam