Redaktor seçimi
Gənclər Fondunun müəmmalı tenderləri...: 5 manatlıq şirkətlər necə qalib olur?-
Cavid Qurbanova YEYİNTİ İTTİHAMI... -
İradə Gülməmmədovanın ailəsinin dodaq uçuqladan ailə biznesi .... -
Tovuzda dövlətin pulu belə havaya sovrulub-
Elçin Əfəndiyevin də şirkəti varmış-
Hakim Mahir Muradovun sürücüsü dəmir yolunun ərazisində obyekt tikdirir-  
Cavanşir Paşazadə Lənkəran və Masallı sakinlərinə layiqdirmi?-
Elmar Məmmədyarovun “XİN MMC”-si: Ukraynadakı səfirimizin diplomatik toxunulmazlığının sirri-
Günün xəbəri

Sarkisyan Koçaryanla birləşir- Bir “güllə” ilə iki hədəf vurulacaq

 

Sarkisyan Koçaryanla birləşir - Bir “güllə” ilə iki hədəf vurulacaq
Ermənistanın ikinci və üçüncü prezidentləri hazırkı baş nazir Nikol Paşinyana müqavimət göstərmək üçün güclərini birləşdirirlər. Yaxın gələcəkdə Ermənistan daha böyük siyasi kataklizmlər dövrünə qədəm qoyacaq.
 Yenixeber.org: Bu barədə Ermənistanın nüfuzlu “Joxovurd” qəzeti etibarlı mənbələrinə istinadən yazıb.

Qeyd olunur ki, 2008-ci ilin 1 mart hadisələri üzrə açılan cinayət işi çərçivəsində ittiham olunduqdan sonra aktiv siyasi fəaliyyətə geri döndüyünü bəyan edən ikinci prezidentRobert Koçaryan artıq ölkədəki digər siyasi qüvvələrin nümayəndələrilə görüşlər keçirməyə başlayıb. Məqsəd isə Paşinyanın təyin etdiyi növbədənkənar parlament seçkilərindən öncə Ermənistanda yeni güc mərkəzinin formalaşdırılmasıdır.

“Joxovurd” yazır ki, Koçaryan əsasən, “bir nəfərin partiyası”nın sədrlərilə görüşüb. Onun görüşdüyü siyasətçilərin sırasında “Razılıq” partiyasının sədri Sarkis Avetisyan, “Milli təhlükəsizlik” partiyasının sədri Qarnik İsqulyan və hətta vaxtilə ona rəqib olan “Milli razılıq” partiyasının sədri Aram Arutyunyan da var. Bu isə onu göstərir ki, ikinci prezident Paşinyana qarşı güclü müxalifət mərkəzi formalaşdırmaqda qərarlıdır.

Adı çəkilən partiya sədrlərinin özləri də “Joxovurd”a açıqlamalarında əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Koçaryanla görüşdüklərini inkar etməyiblər.

Xüsusi diqqət çəkən məqam isə Ermənistanın üçüncü prezidenti, Paşinyanın küçə aksiyalarına görə istefa verməyə məbur edilən Serj Sarkisyanın da Koçaryanla birləşərək baş nazirə qarşı vahid cəbhə yarada biləcəyidir. “Joxovurd”un məlumatına görə, uzun fasilədən sonra ötən gün Serj Sarkisyanın sədri olduğu müxalif Respublikaçılar partiyası icra orqanının fəaliyyətini yenidən bərpa edərək iclas keçirməsinin ardından onun silahdaşlarının səsləndirdiyi bəyanatlar Koçaryanla Sarkisyan arasındakı buzların əridiyinə işarədir. Həmin iclasdan sonra Qalust Saakyan (Ermənistan parlamentinin keçmiş sədri, Respublikaçılar partiyasının üzvü – red.) bəyan edib ki, əgər Robert Koçaryan aktiv siyasi fəaliyyətə qayıtsa və Respublikaçıların proqramına yaxın vəzifələr təklif etsə, onda Koçaryanla əməkdaşlıq istisna olunmur.

Bununla da, Koçaryan digər siyasi azlıq mərkəzlərini ətrafına topladıqdan sonra Sarkisyanonunla “razılaşdırılmış ittifaq” qura bilərsə, “bir güllə ilə 2 hədəfi” birdən aradan qaldırmaq imkanına sahib ola biləcəklər – həm növbədənkənar parlament seçkilərində qanunverici orqana nəzarəti yenidən ələ keçirəcək, həm də Nikol Paşinyanın bir daha baş nazir otağına ayaq basa bilməməsinə nail olacaqlar. Bütün bunlar isə, Ermənistanda daxili siyasi gərginliyi indiyədək görünməmiş səviyyəyə qaldıra bilər.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?