Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ Yaxın Şərqdən çəkilir? – “Patriot”lar Körfəzdən çıxarılır

 

ABŞ Yaxın Şərqdən çəkilir? – “Patriot”lar Körfəzdən çıxarılır
ABŞ Yaxın Şərqdəki bir neçə raketdən müdafiə sistemini (RMS) geri çəkəcək.
 Yenixeber.org: Bu barədə “Wall Street Journal” Pentaqondakı etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Pentaqon rəhbəri Ceyms Mettis gələn ay Yaxın Şərqdəki 4 ədəd “Patriot” raketdən müdafiə sisteminin çıxarılmasına dair göstəriş verərək, Körfəzdəki müttəfiqlərini İran təhlükəsinə qarşı müdafiəsiz qoyacaq. Bu isə, İranla bağlı Vaşinqtonun hər gün səsləndirdiyi ritorikaya ziddir. 

“Wall Street Journal” yazır ki, 4 “Patriot”dan 2-si Küveytdən, digərləri isə İordaniya və Bəhreyndən çıxarılacaq. Onların hər biri ABŞ-a geri götürüləcək və daha sonra hara yerləşdiriləcəyi bilinmir. 

Mənbələrin sözlərinə görə, Pentaqonun indiyədək müşahidə olunmayan bu addımı ABŞ-ın diqqətini Yaxın Şərqdə və Əfqanıstanda davam edən uzunmüddətli münaqişələrdən yeni - Rusiya və Çindən gələcək təhdidlərə yönəltməyə hazırlaşdığını göstərir. 

Qeyd edək ki, müasir radar sistemi ilə təchiz edilən “Patriot” raketdən müdafiə sistemləri havada istənilən raketi tutmağa və düşmənin hərbi uçuş obyektlərini, o cümlədən təyyarələrini məhv etməyə qadirdir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam