Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Paşinyan BMT tribunasında sərsəmlədi:Qarabağ heç vaxt Azərbaycanın...

 

Paşinyandan BMT tribunasında MÜHARİBƏ ELANI: Qarabağ heç vaxt Azərbaycanın...

Hakimiyyətə gəldiyindən bəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı populist və sərsəm bəyanatlarla gündəmdə olan Ermənistanın baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında da eyni üslubdan istifadə edib.

Yenixeber.org: News.am saytı xəbər verir ki, Paşinyan çıxışında Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti daha da gərginləşdirəcək bəyanatlar verib.

“Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz. Qarabağ münaqişəsinin nizama salınması Ermənistanın xarici siyasətinin prioriteti olaraq qalır. Dağlıq Qarabağın statusu və təhlükəsizliyi danışıqlar prosesində Ermənistanın xüsusi prioriteti olacaq”, - Paşinyan sərsəmləyib.

İşğalçı ölkənin baş naziri Azərbaycanın problemin hərbi yolla həlli ideyasından imtina etməli olduğunu və bütün əvvəlki razılıqları yerinə yetirməli olduğunu deyib.

Bundan başqa, baş nazir münaqişənin “əsas subyekti” adlandırdığı Dağlıq Qarabağla Azərbaycanın dialoqa başlamalı olduğu barədə tələbini yeniləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam