Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Milli Şura Qarabağ mitinqinə “siyasi rəng” qatmaq istəyir

Akif Nağı: “İstəməzdim Ədalət bəylə bağlı bu sözləri deyim”

Yenixeber.org: İctimai və siyasi qurumların təmsilçilərindən ibarət Qarabağ Komitəsinin sentyabrın 29-na “Qarabağa azadlıq!” şüarı ilə təyin etdiyi mitinqə sayılı günlər qaldı. Aksiya ilə bağlı komitənin Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə rəsmi qurum hələ reaksiya verməyib. 

Bununla belə, mitinq ətrafında hər keçən gün müzakirələr qızışır. Aksiya təşkilatçıları bir-birinin ardınca bu mitinqdə siyasi şüarların olmayacağını bəyan edirlər, eyni zamanda iqtidarlı, müxalifətli hər kəsi bir olmağa çağırırlar.

Qarabağ Komitəsi üzvlərinin bu səylərinə baxmayaraq, mitinqə tərəfdar olan bəzi şəxslərin sosial şəbəkələrdə mitinq ətrafında gedən müzakirələrdə siyasi şüarlar səsləndirdiklərinin şahidi oluruq. Aksiyada bu tipli şüarlara yer veriləcəyi barədə də statuslar paylaşılır.

Bu tipli statuslardan biri Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ədalət Yusibova məxsusdur. O, paylaşdığı son statuslarının birində hər kəsi Qarabağ mitinqində fəal iştirak etməyə çağırıb, eyni zamanda həmin mitinqdə hakimiyyətin ünvanına istefa və digər siyasi şüarların səsləndirilməsini dilə gətirib.

Ä°lgili resim

Ədalət Yusibov

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında Ə.Yusibovun Qarabağ Komitəsinin üzvü olmadığını bildirdi: “Ədalət bəylə bağlı ayrıca bir söhbət olub ki, o, Salyanda daha geniş işlər görə bilər. Çünki o zonanın nüfuzlu şəxslərindən biridir.  Onunla bağlı şəxsinə müəyyən mesajlar da göndərmişik. Təmsilçisi olduğu KXCP tərəfindən ona məlumat verilib-verilmədiyi barədə nəsə deyə bilmərəm. Hər kəs mitinqlə bağlı müxtəlif təbliğat formaları seçə bilər. Təkcə Ədalət bəy deyil, başqa şəxslər də bu yöndə müəyyən çağırışlar edirlər. Mitinq Komitəsinin 30-a yaxın üzvü var. Ümumi bir razılıq əldə olunub ki, bu mitinqdə siyasi tələblər olmayacaq. Canlı yayımlarda, sosial şəbəkələrdə və digər kütləvi informasiya vasitələrində bu mövzuda Pənah Hüseyn, Tural Abbaslı, Əvəz Zeynallı və digərləri öz mövqelərini dəfələrlə bildiriblər. Mən də dəfələrlə demişəm ki, bu mitinq siyasi mitinq deyil, hakimiyyətin istefası tələbi bu mitinqdə qoyulmur. Bizim üçün vacib olan Qarabağın işğaldan azad olunmasıdır. Torpaqlarımızın da işğaldan azad olunmasının ən vacib şərtlərindən biri ölkədə iqtidar-müxalifət, eləcə də hakimiyyətlə cəmiyyət arasında birliyin əldə olunmasıdır. Biz hesab edirik ki, bu birlik əldə olunarsa, Qarabağın işğaldan azad olunması çox asan bir prosesə çevriləcək. Məqsədimiz də ona doğrudur. Bu məqsədlə yolumuza davam edirik. Fərqli şüar səsləndirənlər bizim əsas xəttimizi bilmirlər, yaxud bilərəkdən bu xətti pozmağa çalışırlar. İstəməzdim Ədalət bəylə bağlı bu sözləri deyim. Sizin qəzetiniz vasitəsilə hər kəsə çatdırıram ki, mitinqin siyasi xəttini, tələbini mütləq bilmək lazımdır. Kim mitinqə çağırışlar edirsə, bu xəttə uyğun şüarlar səsləndirsin, mövqe bildirsin. Bundan kənar mövqe bildirmək olmaz”.

Akif NaÄı ile ilgili görsel sonucu

A.Nağı bu cür çağırışların mitinqə maneçilik yaratmayacağını düşünür: “Bu cür hallar mitinqimizə ciddi zərbə ola bilməz. Çünki ictimaiyyətin böyük kəsimi tərəfindən bizim şüarlarımız, tələblərimiz dəstəklənir. Amma deyə bilmərik ki, mitinq hər kəs tərəfindən dəstəklənir. Müxtəlif siyasi bloklar, istiqamətlər var, onlar bu mitinqin keçirilməsində maraqlı ola bilərlər. Belə şüarlar səsləndirməklə öz siyasi qurumlarının maraqlarına uyğun da hərəkət edə, yaxud belə fikirlər ortaya atmaqla əsas hədəfdən yayındırma cəhdləri edə bilərlər. Yenə də deyirəm ki, bunları Ədalət bəyə ittiham kimi səsləndirmək istəmirəm, başqaları barədə də bunları demirəm. Göyçaydan tanımadığımız bir şəxs sosial şəbəkələrdə çağırış yayaraq, bütün siyasi partiyalara müraciət edib. Mən də o statusu öz profilimdə paylaşmışdım. Bəzi məqamlara statusda fikir vermədim. Çağırışın içərisində Müsavat, AXCP, REAL kimi müxalif qurumlar xoşagəlməyən tərzdə ittiham olunurdu. Bu partiyaların mitinqdə iştirak etməmələri tənqid edilirdi. Müsavatçı dostlarımızdan biri status yazaraq, mənim belə bir status paylaşdığımı bildirdi. Sonradan həmin statusu öz profilimdən sildim. Çünki bu partiyalar sərt formada ittiham olunurdu. ”Uman yerdən küsərlər" deyiblər. Yəni hər kəs Müsavat, AXCP və REAL-ın bu mitinqdə fəal iştirak etməsini istəyir. Bunun üçün də belə çağırışlar ortaya çıxır. Amma istənilən halda hər şey müəyyən çərçivədə olmalıdır. Tanımadığımız adamların belə mitinqə çağırışlar etdiyinin şahidi oluruq. Ədalət bəy də hesab edirəm ki, bunu bilməyərəkdən edib. Bu mitinq kifayət qədər rezonans doğurub. Türkiyə və digər yerlərdən müraciətlər olur ki, bizim mitinqdən bir neçə gün sonra onlar da olduqları ölkələrdə “Qarabağa azadlıq!” tələbi ilə aksiyalar keçirmək istəyirlər. Məhz bu səbəbdən inanmıram ki, bu cür çağırışlar mitinqimizə ciddi şəkildə xələl gətirsin. Hakimiyyətin ola bilsin mövqeyinə təsir etsin, onlar mitinqə icazə verməmək üçün bu cür çağırışları əsas götürsünlər, bir növ bəhanə etsinlər. Amma inanmıram ki, onlar da bunu əsas götürsünlər, ən azından buna inanmaq istəmirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam