Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Prezidentin bu çıxışı İrəvana layiqli cavab idi -Politoloq

 

Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyinə həsr edilmiş təntənəli tədbir və burada çoxsaylı dost və qardaş ölkələrin, beynəlxalq təşkilatların nümayəndə heyətlərinin iştirakı tarixi hadisə kimi qiymətləndirilməlidir.

Yenixeber.org: Bu sözləri millət vəkili Hikmət Babaoğlu deyib. O qeyd edib ki, bu tədbir bir daha Azərbaycanın şanlı və qürurlu dövlətçilik tarixinin dünya ictimaiyyətinə çatdırılması üçün bir vəsilə oldu:

“Bütün dünya bir daha gördü ki, Azərbaycan xalqı yüksək dövlətçilik mədəniyyətinə, zəngin parlamentarizm tarixinə malikdir. Azərbaycan hələ 100 il bundan əvvəl Şərqdə ilk demokratik respublika qurmaqla, insan hüquq və azadlıqlarına təminat verməklə, qadınlara səsvermə hüququ tanımaqla bunu sübut edib. Bu mötəbər yubiley tədbirində çıxış edən Prezident İlham Əliyev Şərqdə ilk demokratik cümhuriyyətin qurulmasını mühüm tarixi hadisə kimi səciyyələndirdi, cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdi. Bununla yanaşı AXC-nin varisi olan müasir Azərbaycanın keçdiyi müstəqillik yoluna nəzər salaraq olduqca əhəmiyyətli ümumiləşdirmələr apardı. Prezident ölkəmizin 1993-cü ildən sonra sabitlik və inkişaf yoluna qədəm qoyduğunu xatırlatmaqla hazırkı mərhələdə istər iqtisadi-siyasi, istər humanitar və sosial, istərsə də beynəlxalq münasibətlər sistemində necə böyük uğurlara imza atdığını diqqətə çatdırdı. Dağlıq Qarabağ probleminin həllinin vacibliyinə də toxunan dövlət başçısı vurğuladı ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir və Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Bu fikirlər həm Azərbaycanın Qarabağla bağlı qəti mövqeyinin bir daha bütün dünyaya bəyan edilməsi, həm də son zamanlar Ermənistan rəhbərliyinin səbatsız və təxribatçı çıxışlarına layiqli cavab idi.

Azərbaycanın həyata keçirdiyi siyasət sayəsində regional və qlobal əhəmiyyətli layihələrin həyata vəsiqə qazanması və bunun regiona sabitlik və rifah gətirdiyi, ölkəmizə strateji müttəfiqlər qazandırdığı, işğalçılıq siyasəti ucbatından Ermənistanın bu layihələrdən kənarda qaldığı regional gerçəklik kimi təsvir edildi. Bununla yanaşı, ölkəmizin demokratik dəyərlərə sadiq qalması, Azərbaycanda yüksək tolerantlıq mühitinin olması, multikulturalizm ənənələrinin yaşaması və inkişaf etdirilməsi, hüquqi dövlət quruculuğunda əldə edilən nailiyyətlər qonaqların diqqətinə çatdırıldı və bu siyasətin davam etdirəcəyi bildirildi. Azərbaycanın qısa tarixi dövr ərzində əldə etdiyi nailiyyətlər, onun sözün əsl mənasında müstəqil dövlət olması, daim öz milli maraqlarından çıxış etmə cəsarəti yüz il əvvəl qurulan Xalq Cümhuriyyəti ənənələrinə sadiq qalmasının bariz nümunəsidir”.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam