Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Azərbaycan casusu”nun atasından Paşinyana MÜRACİƏT -FOTO

 

“Azərbaycan casusu”nun atasından Paşinyana MÜRACİƏT

Ermənistan sərhədini səhvən keçdiyi üçün həbs edilən və ermənilər tərəfindən “Azərbaycan casusu” ittihamı ilə günahlandırılan Türkiyə vətəndaşı 16 yaşlı Umut Ali Özmenin atası Mustafa Ermənistanın baş naziri Nikol Paşinyana müraciət edib.

Yenixeber.org: “Armenpress” saytı xəbər verir ki, o, bu haqda İctimai televiziyanın “Lurer” informasiya proqramına müsahibəsində bildirib.

Mustafa Paşinyandan oğlunun qaytarılması üçün xahiş edib.

“O sərhədi keçmək istəmirdi. Burada ayırıcı zolaq yoxdur. Mənim oğlum Ermənistanın sərhədini keçdiyini anlamadı. O sadəcə maraq üçün təpəyə qalxdı və yuxarıdan aşağıya baxmaq istədi. Mən Ermənistan hökumətinə və ölkənin rəhbərinə yalvarıram: oğlunu ailəsinə mümkün qədər tez qaytarsınlar. Onun anası oğlunun qaytarılmasına kömək etmək üçün yalvarır. O, bu narahatlığına görə pis vəziyyətdədir. Onun qayıdışı ailəsinin arzusudur”, - Mustafa deyib.

Qeyd edək ki, Umut Ali Özmen iki ay öncə səhvən Ermənistan sərhədini keçib. Erməni əsgərlər onu “Azərbaycan casusu” adı altında həbs ediblər. 16 yaşlı yeniyetmənin azad edilməsi üçün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nikol Paşinyana zəng edib. Paşinyan Ərdoğanın tələbinə müsbət cavab verib. Ikin Paşinyan sonradan Ərdoğanla telefon əlaqəsi saxladıqlarını təkzib edib.

Ötən gün isə Qars Valiliyi açıqlama verib ki, Umut Ali Özmen gələn həftənin birinci günü azad ediləcək.

“Umutun atası Mustafa Özmen sentyabrın 24-də Ermənistana gedəcək və oğlu ilə birlikdə Türkiyəyə qayıdacaq”, - deyə açıqlamada bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam