Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Rusiyanı şoka salan QƏRAR –Putin müharibə ilə TƏHDİD ETMİŞDİ

 

Rusiyanı şoka salan QƏRAR – Putin müharibə ilə TƏHDİD ETMİŞDİ

Ukraynanın Ali Radası Avropa İttifaqı və NATO-ya inteqrasiya haqqında Konstitusiyaya dəyişikliklərin daxil edilməsi haqqında prezidentin irəli sürdüyü qanun layihəsini dəstəkləyib.

Yenixeber.org: UNİAN agentliyi xəbər verir ki, qanun layihəsini 321 deputat (300 səs tələb olunurdu) dəstəkləyib.

Sənəd Konstitusiya Məhkəməsinə ekspertiziyaya göndəriləcək. Dəyişikliklərə görə, prezident Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyü üzrə dövlətin strateji kursunun reallaşdırılmasının zaminidir, həmçinin Nazirlər Kabineti Avropa İttifaqı və NATO-ya tamhüquqlu üzvlüyü üzrə dövlətin strateji kursunun reallaşdırılmasını təmin edir.

“2014-cü ildən öz yolumuzla mətanətlə gedirik. Yalnız NATO və Avropa İttifaqına inteqrasiya bizə sülh və təhlükəsizlik zəmanəti, Ukrayna xalqına ən yaxşı həyat verir”, - prezident Pyotr Poroşenko Ali Radada illik müraciətində bildirib.

Prezident həmçinin vurğulayıb ki, Rusiya Ukraynanın avroantlantik məkana inteqrasiyasını dayandırmağı bacarmayacaq. Onun sözlərinə görə, Ukrayna yerli silahlanmada NATO-nun standartlarına maksimal uyğunlaşmadan sonra onun üzvü ola biləcək.

Qeyd edək ki, 2014-cü ilin dekabrında Ukraynanın Ali Radası dövlətin neytral statusundan imtina edərək iki qanuna dəyişikliklər edib. 2016-cı ilin iyununda əlavə dəyişikliklərlə NATO-ya üzvlük ölkənin xarici siyasətinin hədəfi müəyyən edilib. Ukrayna həmçinin 2020-ci ilə qədər öz silahlı qüvvələrini NATO ölkələrinin gücləri ilə tam uyğunluğunu təmin etməyə məcburdur.

Ekspertlər güman edirlər ki, Kiyev ən yaxın 20 ildə NATO-ya üzvlüyə iddia edə bilməyəcək.

Rusiya prezidenti Vladimir Putin bu ilin iyulunda Rusiyanın daimi nümayəndələri və səfirlərinin müşavirəsində xəbərdarlıq edib ki, Ukraynanı və Gürcüstanı sıralarına daxil etməyə çalışan NATO belə siyasətin nəticələri haqqında düşünməlidir.

“Bizim həmkarlarımız vəziyyətin kəskinləşməsinə oynayırlar, həmçinin Ukrayna və Gürcüstanı NATO-nun hərbi orbitinə daxil etməyə çalışırlar. Belə məsuliyyətsiz siyasətin mümkün nəticələri haqqında düşünmək lazımdır”, - prezident deyib.

Daha əvvəl Putin bildirib ki, Rusiya Gürcüstan və Ukraynanın NATO-ya girişinə son dərəcə mənfi yanaşır.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam