Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rusiyadakı ermənilərin işi çətinləşdi - Paşinyan sınağa çəkilir

    

Rusiyadakı ermənilərin işi çətinləşdi - Paşinyan sınağa çəkilir
Rusiya Dövlət Dumasının nəqliyyat və tikinti məsələləri üzrə komitəsinin sədri Yevgeni Moskviçev xarici ölkə vətəndaşlarının Rusiyada taksi sürücüsü kimi işləməsini qadağan edən qanun layihəsi hazırlayacaq. 


Yenixeber.org: "RİA Novosti”yə istinadən xəbər verir ki, Moskviçev bu qərarını Rusiyada taksi sürücüləri ilə əlaqədar vəziyyətə nəzarətin çox zəif olması və sürücülərlə bağlı yaranan problemlərin artması ilə izah edib.
Hazırlanacaq qanun layihəsi indidən Ermənistanda ciddi narazılıq doğurub. Erməni KİV-ləri və ictimai xadimləri bunu Rusiyada yaşayan ermənilərə zərbə kimi dəyərləndiriblər. Statistikaya görə, hər il minlərlə Ermənistan vətəndaşı iş tapmaq üçün Rusiyaya üz tutur və onların əksəriyyəti, əsasən, taksi sürücülüyü ilə məşğul olur. Bu mənada, xarici ölkə vətəndaşlarının Rusiyada taksi sürücüsü kimi işləməsinə qadağa qoyan qanunun qəbulu Rusiyadakı ermənilərin işini çətinləşdirməklə yanaşı, baş nazir Nikol Paşinyan üçün də ciddi problemlər yaradacaq. 

Erməni mətbuatı yazır ki, əgər belə bir qanun qüvvəyə minsə, Rusiyada taksi sürücülüyündən başqa alternativ iş tapa bilməyən ermənilər öz ölkələrinə geri dönməyə məcbur olacaqlar. Bu zaman hökumət Rusiyadan qayıdan minlərlə erməninin əmək məşğulluğunu təmin etməlidir ki, onlar işsizlikdən kriminallaşaraq son nəticədə xalqa yoxsulluq və işsizliyin azaldılacağına dair böyük vədlər verən Paşinyana qarşı çıxmasınlar.

Lakin qeyd olunur ki, indiki halda yeni hökumət hələ ki sadəcə “siyasi intiqam” almaqla məşğuldur və Ermənistanın özündə gənclər iş axtarışında ikən, ölkəyə qayıdan ermənilərin işlə təmin edilməsi böyük problemlər yaradacaq. Bu isə Serj Sarkisyan dövründəki sosial partlayışların təkrarlanması - bir sözlə, Paşinyan hakimiyyətinin sınağa çəkilməsi deməkdir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam