Redaktor seçimi
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Günün xəbəri

Merkel baş kəşfiyyatçını işdən qovdu - Qalmaqal

 

Merkel baş kəşfiyyatçını işdən qovdu - Qalmaqal
Almaniyanın Daxili Kəşfiyyat Xidməti - “Konstitusiyanı Müdafiə Təşkilatı”nın rəhbəri Hans Georq Maassen vəzifəsindən uzaqlaşdırılıb
 Yenixeber.org: Bu barədə Almaniya hökumətinin mətbuat katibi Steffen Zaybert bəyan edib. Onun sözlərinə görə, Almaniyanın Daxili Kəşfiyyat Xidmətinin rəhbəri ultra-sağçı və anti-miqrant mövqeli radikal “Almaniya üçün Alternativ” partiyasına simpatiya bəsləməkdə ittiham olunduğuna görə vəzifəsindən kənarlaşdırılıb. 

Lakin Hans Georq Maassen işdən qovulsa da, əvvəlki vəzifəsindən daha yüksək səviyyəli posta – daxili işlər nazirinin müavini vəzifəsinə gətirilib. Onun bu posta təyin edilməsində nazir Horst Zeehofer birbaşa təkid edib. 

“Deutsche Welle” yazır ki, Merkelin miqrant siyasəti az qala Almaniyada koalisiya hökumətinin dağılmasına səbəb olacaqdı. Belə ki, koalisyada yer alan Sosial Demokratların lideri Andrea Nahl Maassenin işdən qovulmasını tələb edib. Maassenin tərəfdarı və rəhbəri olan konservativ daxili işlər naziri Zeehofer isə Merkelin miqrant siyasətinin qəti əleyhdarı və tənqidçisi olduğuna görə tabeçiliyində olan işçinin qovulmasına razı olmayıb. Lakin bir həftə davam edən siyasi qarşıdurmanın sonunda Xristian Demokratların rəhbəri, baş nazir Angela Merkelin də iştirak etdiyi üçtərəfli kritik görüşdə kompromis əldə olunub və Maassen işdən çıxarılsa da, yenə də Zeehoferin nəzarəti altında qalıb. 

Qeyd edək ki, 26 avqustda Almaniyanın Saksoniya federal torpağındakı Xemnits şəhərində alman vətəndaşının İraq və suriyalı miqrantlar tərəfindən bıçaqlanaraq öldürülməsindən sonra ultra-sağçılar şəhərdə kütləvi etiraz mitinqlərinə başlayıb. Etirazlarla yanaşı, şəhərdə ultra-sağçı alman millətçilərinin “miqrant ovuna” çıxması və onları təqib edərək şiddət tətbiq etdiyinə dair internetdə videolar yayımlanmışdı. Lakin Daxili Kəşfiyyat Xidmətinin rəhbəri Hans Georq Maassen “Bild” qəzetinə müsahibəsində həmin videolarda heç bir şiddət görmədiyini və onların çoxunun saxta olduğunu bildirib. Onun millətçilərin davranışına haqq qazandırması cəmiyyətdə və Sosial Demokratlar arasında ciddi narazılıq yaradıb və vəzifəsindən uzaqlaşdırılması tələb olunub. Lakin Maassenə qarşı ittihamlar bununla bitmir. O, həmçinin, Almaniyanın təhlükəsizlik prioritetlərinə dair həssas informasiyanı simpatiya bəslədiyi və Merkel siyasətinin düşməni olan “Almaniya üçün Alternativ” partiyasına ötürdüyünə görə tənqidə məruz qalıb. 
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?