Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Fələstin Krımı Rusiyanın ərazisi kimi tanıya bilər

 

Fələstin Krımı Rusiyanın ərazisi kimi tanıya bilər
Fələstin hakimiyyəti Krım məsələsi ilə bağlı Moskvanın mövqeyini dəstəkləyir.
Yenixeber.org: Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl “İzvestiya”ya müsahibəsində bu cür açıqlama verib.

“Bu məsələ ilə bağlı bizim mövqeyimiz kifayət qədər aydındır. Biz Krımda nələrin baş verdiyini çox yaxşı bilirik və bu məsələ üzrə Rusiyanın hərəkətlərini dəstəkləməyə dair mövqeyimizi təsdiqləyirik. Biz özümüzün müqəddəratımızı təyin etmək hüququmuzu tələb edirik və düşünürük ki, istənilən digər xalq da bu cür hüququa malikdir”, – deyə Fələstin səfiri bildirib.

Abdel Hafiz, həmçinin vurğulayıb ki, gələcəkdə Fələstin Krımın Rusiyaya məxsusluğunu rəsmən tanıya bilər. Lakin bu, ikitərəfli əsasda öz həllini gözləyən problemli məsələlərin müzakirəsindən sonra mümkündür.

Qeyd edək ki, 2014-cü ildə Ukraynada Maydan hadisələrilə müşayiət olunan dövlət çevrilişindən sonra Ukrayna ərazisinin ayrılmaz tərkib hissəsi olan, Qara dəniz sahilində yerləşən Krım yarımadası Rusiya tərəfindən ilhaq edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam