Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Məmmədyarov Çində Qarabağdan danışdı

    

Məmmədyarov Çində Qarabağdan danışdı
Çində işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tianjin şəhərində Dünya İqtisadi Forumu (DİF) xətti ilə təşkil edilən yeni çempionların illik toplantısı çərçivəsində DİF-in prezidenti Börge Brende ilə görüşüb.
Yenixeber.org: Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir və təşkilat rəhbəri Azərbaycanla DİF arasında əlaqələri məmnuniyyətlə qeyd ediblər.

Azərbaycan Prezidentİlham Əliyevin DİF-in illik toplantılarına qatılması və çıxışları xüsusilə vurğulanıb. Rəsmi Bakının DİF-in müasir dünya qarşısında iqtisadi, siyasi, ictimai və ekoloji sahələrdə duran dördüncü sənaye inqilabı dövrünə aid təhdidlərin cavablandırılmasına həsr edilən hazırkı toplantıda da iştirak etməsi bunun təzahürü olaraq təqdirəlayiq hal kimi dəyərləndirilib.

Nazir Elmar Məmmədyarov qlobal iqtisadi inkişafı meyllərinin izlənilməsi və onun perspektivlərinin proqnozlaşdırılmasına həsr edilmiş DİF-in illk hesabatlarında Azərbaycanda biznes fəaiyyəti üçün şəraitin və rəqabət qabiliyyətinin təmin olunması, yeni iş yerlərinin açılması üzrə göstəricilərin ildən ilə artmasının təsadüfi xarakter daşımadığını qeyd edib. O, ölkəmizdə aparılan islahatların və həyata keçirilən inkişaf proqramlarının nəticəsi olan bu müsbət nailiyyətlər sayəsində sabit və dayanıqlı inkişafın təmin edildiyini vurğuladı.

Xalqımızın rifahı naminə Azərbaycanın zəngin potensialından daha da səmərəli istifadə edilməsi məqsədilə, regional əməkdaşlıq layihələrinə böyük diqqət yetirildiyini deyən E.Məmmədyarov neft-qaz sektorunda həyata keçirilən strateji layihələrlə yanaşı, Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin ümdə əhəmiyyətindən bəhs etdi.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan XİN başçısı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunun regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olmaqla bərabər Cənubi Qafqaz bölgəsi və daha geniş məkanda hərtərəfli əməkdaşlığa əngəl törətdiyini deyib. 

Həmsöhbətlər Azərbaycanla DİF arasında ənənəvi əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə dair əminliyi ifadə edərək, ölkəmizin qlobal iqtisadiyyat sistemində tutduğu yeri, habelə qarşılıqlı maraq doğuran digər məqamlar üzrə fikir mübadiləsi aparıblar. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam