Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Türkiyə ilə aramızda çətin məsələlər var– Putin

 

Türkiyə ilə aramızda çətin məsələlər var – Putin
Rusiyanın Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş baş tutub. 
 Yenixeber.org: "RİA Novosti” xəbər verir ki, təkbətək görüş üçün bağlı qapılar arxasına keçməzdən öncə dövlət başçıları jurnalistlərə açıqlama verərək, qaşılıqlı maraq kəsb edən bir sıra məsələlərə toxunublar. Ərdoğan siyasi, hərbi, iqtisadi məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlarını və Soçidə veriləcək qərarların bölgəyə, xüsusən də Suriyaüçün fərqli bir ümid işığı olacağını bildirib.

Lakin Putinin sözlərindən bəlli olub ki, ikitərəfli münasibətlərdə həllində çətinlik çəkilən və ciddi fikir ayrılığının olduğu məsələlər də mövcuddur. 

“Bizim münasibətlərimiz kifayət qədər enerjili və dinamik inkişaf edir. Bu, ticari-iqtisadi əlaqələrimizə aiddir, onlar olduqca sürətli templə inkişaf edir. Həmçinin, bu inkişaf geniş mənada regional və beynəlxalq müstəvidə təhlükəsizlik xətti üzrə əməkdaşlığımıza da aiddir. Müzakirə edəcəyimiz çox mövzu, o cümlədən də çətin məsələlər var. Bütün bu kompleks məsələlər üzrə fikir mübadiləsi aparıb hələ ki razılıq əldə olunmayan məqamlarla bağlı qərar verməliyik.” – deyə, Putin vurğulayıb. 

Qeyd edək ki, Putinin vurğuladığı çətin məsələlər sırasına xüsusən də, Suriyanın İdlib bölgəsi ətrafında yaranan vəziyyət daxildir. Belə ki, Bəşər Əsəd hökumətinin qüvvələri Suriyanın şimal-qərb hissəsində yerləşən və Astana prosesində müəyyənləşdirilən Suriyadakı 4 təhlükəsizlik zonasından biri olan İdlib bölgəsinə hücuma hazırlaşır. Suriyada atəşkəsə qarant 3 ölkədən ikisi - Rusiya və İran İdlibə hücumu dəstəkləsələr də, Türkiyə bu məsələdə qarşı cəbhədə yer alır. Səbəblərdən biri isə, Bəşər Əsədə qarşı Ankaranın dəstəklədiyi suriyalı müxalifətin məhz bu bölgədə yerləşməsidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam